Icma.az
close
up
RU
Populizm, revanşizm və fəlakətə çağırış

Populizm, revanşizm və fəlakətə çağırış

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Erməni müxaliflərin seçki kampaniyasının mənzərəsi bundan ibarətdir

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq siyasi qüvvələr fəallıqlarını əhəmiyyətli dərəcədə artırıblar. Əgər Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh gündəminin irəli aparılması, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin Türkiyə ilə əlaqələrin yaxşılaşdırılması kimi məsələlərdən bəhs edirsə, revanşist düşüncələrlə yaşayan radikal müxalifət özünün seçki platformasını Qarabağ məsələsi, daha doğrusu, vaxtilə bölgədən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdışı məsələsi üzərində qurmağa uğursuz cəhdlər edir.

Məsələn, “Hayastan” blokunun baş nazir vəzifəsinə namizədi, ölkənin ikinci prezidenti Robert Koçaryan bazar günü Masis sakinləri ilə görüş zamanı deyib: “Bu gün “Artsax”a qayıdış hüququndan danışmaq realdır. Bu, mümkündür. Mən görürəm ki, biz buna nail ola bilərik”. Onun sözlərinə görə, hazırda dünya o qədər qeyri-sabitdir ki, əgər buna indi nail olunmasa, təhlükəsiz geri qayıdış imkanı itirilə bilər: “Amma dünya elə qurulub ki, fürsət pəncərələri açılır. Əgər Sovet İttifaqı dağılmasaydı, yəqin ki, “Artsax” məsələsi o zaman həll olunmazdı. Hansısa tarixi fürsət pəncərəsi açıldı və biz həmin dövrdə daha hazırlıqlı, daha cəsarətli və haqlı olduğumuza daha çox inanaraq uğur qazandıq.

İndi isə bu hakimiyyət həmin pəncərəni bağlayıb və sanki gələcəkdə onu yenidən açmaq imkanımız olmasın deyə mismarlayır. Biz deyirik ki, bu pəncərə açıq qalmalıdır… Heç kim düşünmürdü ki, Fars körfəzindəki hadisələr baş verə bilər. Heç kim bilmir ki, bu cür davam edərsə, 10 ildən sonra Cənubi Qafqazda nə baş verəcək. Qayıdış hüququnun tanınması – beynəlxalq səviyyədə!”, – deyə Koçaryan vurğulayıb.

Onun digər açıqlaması bu revanşist niyyətini həyata keçirmək üçün yollar aradığından xəbər verir. Xocalı cəlladı deyib ki, pilotsuz uçuş aparatları istehsalçıları üçün geniş vergi güzəştləri tətbiq olunmalıdır: “Bu məhsulların satışı üçün nəhəng bazar – Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələri mövcuddur. Eyni yanaşma elektronika və tibbi avadanlıqların istehsalına da aiddir. Vergi güzəştləri təqdim etməklə xarici şirkətlərin istehsallarını Ermənistana köçürməsi üçün şərait yaratmaq lazımdır. Digər cəlbedici amil Ermənistanda nisbətən ucuz işçi qüvvəsidir. Ən azı məhsulların ayrı-ayrı komponentlərinin istehsalı ilə məşğul olmaq, daha sonra isə tam istehsal dövrlərini işə salmaq olar”.

Baş nazir vəzifəsinə əsas iddiaçılardan biri, “Güclü Ermənistan” partiyasının rəhbəri, rusiyalı oliqarx Samvel Karapetyan 300 min yeni iş yeri yaradacaqlarından dəm vurub: “Ermənistanda 300 min azərbaycanlının məskunlaşdırılması proqramı Sünikin itirilməsi, Sevanın Göyçəyə çevrilməsi və Ermənistanın türkləşdirilməsi kimi risklər yarada bilər. Amma narahat olmağa dəyməz, biz buna qarşılıq olaraq ermənilər üçün 300 min iş yeri yaradacağıq, birini isə Paşinyan üçün saxlayacağıq – zərb alətində çalması üçün”.

Seçkilərdə iştirak edəcəyini açıqlamış digər siyasi qüvvə – “Maariflənmiş Ermənistan” partiyasının lideri, xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyan isə seçicilərə “remontada” vəd edir. O, “Facebook” səhifəsində yazıb: “Biz çoxlu məktublar alırıq, bir çoxları soruşur ki, bu kampaniya ərəfəsində “remontada” deyərkən nəyi nəzərdə tuturuq? “Remontada ispan sözüdür, ispan futbol şüarlarından biridir və yüksəliş, qayıdış deməkdir. Mahiyyət etibarilə bu, böyük hesablı məğlubiyyətdən sonra qələbə qazanmaq anlamına gəlir. Bu söz çox vaxt iradə gücü hesabına əldə olunan valehedici qələbələr kontekstində istifadə olunur. Başqa sözlə, qayıdış olanda transformasiya da baş verir. Biz seçki şüarlarımızda bunu belə ifadə etmişik: remontada – məğlubiyyətin nəticələrinin neytrallaşdırılması, siyasi dirçəliş, subyektliyin və gücün bərpasıdır. Burada aydın olur ki, möhkəm identiklik bizim erməni məzmunumuzu və dövlətçiliyimizi qoruyan əsas qalxandır. Bu yolla biz Türkiyə, Azərbaycan və ya digər ölkələrdən gələn (?) yumşaq güc təsirlərindən qorunuruq. Bu mənada, bir çoxları soruşur ki, məsələn, “remontada” dedikdə nəyi nəzərdə tutursunuz? Biz siyasi dirçəlişi, siyasi sistemin sağlamlaşdırılmasını, fundamental islahatları nəzərdə tuturuq. Remontada ilə biz məğlubiyyət mərhələsindən növbəti mərhələyə – dirçəliş və transformasiya mərhələsinə keçidi nəzərdə tuturuq. Deməli, remontada – zəfərli geri dönüşdür”.

Bu arada daha bir iddiaçı, “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyanın yadına müharibədə həlak olmuş 18 yaşlı əsgərlər düşüb: “Mən Yerablur haqqında düşünəndə həmişə ağrı hiss edirəm: günahsız (?) 18 yaşlı uşaqları sərhədə göndərmək olmazdı. Bunlar təcrübəsiz gənclər idilər. Buna görə də 50 min təcrübəsiz əsgərdən daha yaxşısı 10 min təcrübəli müqaviləli hərbçinin olmasıdır”. Sarukyan daha sonra deyib: “Bilin ki, sizə dediklərimdən daha çox olacaq. Mən özünü tərifləyən və yalan danışanlardan deyiləm. Deyirəm ki, daha çox olacaq. İmkanlar, əlaqələr, dünyanın hər yerində tanışlıqlar var — Amerikadan, Londondan, Fransadan, Rusiyadan başlayaraq… dostlar, lordlar, şeyxlər, prezidentlər. Əlaqələr lazımdır, təşkil etmək lazımdır, orada nə lazım olduğunu və bizə nə lazım olduğunu anlatmaq, elə təşkil etmək lazımdır ki, insanların üzündə təbəssüm, parıltı olsun. Həlli olmayan problem yoxdur”.

* * *

Seçkilər fonunda səslənən bu bəyanatlar göstərir ki, ölkənin siyasi spektrində ciddi ideoloji parçalanma qalmaqdadır. Qeyd etdiyimiz kimi hakimiyyət daha çox sülh gündəliyi, sərhədlərin delimitasiyası və regionda kommunikasiyaların açılması kimi praqmatik məsələləri önə çəkdiyi halda, müxalifətin bir hissəsi, xüsusilə Koçaryanın təmsil etdiyi blok açıq şəkildə revanşist ritorikaya üstünlük verir. Onun Qarabağa qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması ilə bağlı fikirləri real siyasi və hüquqi çərçivədən daha çox emosional və populist yanaşmadır. Mövcud geosiyasi reallıqlar fonunda belə bir iddianın praktik mexanizmləri barədə konkret plan təqdim olunmur. Təqdim olunması mümkün də deyil. Bunun əvəzində o, “tarixi fürsət pəncərəsi” kimi mücərrəd tezislərlə seçicilərin hisslərinə təsir etməyə çalışır. Bu yanaşma isə regionda yeni risklər yarada biləcək gözləntiləri qızışdırmaqdan başqa bir nəticə vəd etmir.

Daha diqqətçəkən məqam isə Koçaryanın iqtisadi təşəbbüsləri ilə hərbi-siyasi ambisiyaları arasında qurduğu dolayı əlaqədir. Pilotsuz uçuş aparatları istehsalına geniş vergi güzəştlərinin təklif edilməsi ilk baxışdan iqtisadi inkişaf kimi təqdim olunsa da, bunun arxasında potensial militarizasiya meyillərinin dayandığı hiss olunur. Bu, Ermənistanın onsuz da həssas olan regional balansını daha da gərginləşdirə biləcək istiqamət kimi qiymətləndirilə bilər.

Digər müxalif fiqurların çıxışları da daha çox populizm və emosional çağırışlarla yadda qalır. Samvel Karapetyanın 300 min yeni iş yeri vədi və bununla bağlı ironik siyasi mesajları real iqtisadi hesablamalardan çox, siyasi şou təsiri bağışlayır. Edmon Marukyanın “remontada” konsepsiyası isə daha çox simvolik və ideoloji çərçivədə qalır, konkret idarəetmə proqramına çevrilmir. Qaqik Sarukyanın sosial və hərbi mövzulara toxunan fikirləri müəyyən həssas məqamları qabartsa da, sistemli həll yolları təqdim etmir.

Ümumilikdə, müxalifətin əsas hissəsi seçki kampaniyasını gələcəyə yönəlik real proqramlar üzərində deyil, keçmişin revanşist duyğuları və emosional səfərbərlik üzərində qurmağa çalışır. Xüsusilə Koçaryanın ritorikası göstərir ki, o, regional reallıqları qəbul etmək əvəzinə, onları dəyişdirmək iddiası ilə çıxış edir. Bu isə həm Ermənistan cəmiyyəti, həm də bütövlükdə, region üçün qeyri-müəyyənlik və risk amillərini artıran yanaşmadır.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri