Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Populizm, xarici təsir və süni intellekt

Populizm, xarici təsir və süni intellekt

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropada demokratiyanı bu 3 təhlükədən qorumaq çağırışları

Avropa demokratiyası son illər təhlükəli sınaqlardan keçir. Bu sınaqlar siyasi sistemin sabitliyini və onun dəyərlərini sarsıdır. Daha dəqiq desək, “Qoca qitə”nin demokratiya sistemi avtoritar dövlətlərin informasiya manipulyasiyası, hibrid müharibə üsulları, süni intellektin nəzarətsiz inkişafı, həmçinin transmilli korporasiyaların dövlətlər üzərində artan təsirləri səbəbindən mürəkkəbləşir.

Populizm amili

Populizm və millətçilik ideologiyalarının yüksəlişi müxtəlif coğrafiyaların geosiyasi mənzərəsinə təsir göstərir. Populist qüvvələr Aİ ölkələrində sosial narazılıqları manipulyasiya edərək “xalqın səsi” adı altında demokratik institutlara qarşı inamsızlığı dərinləşdirirlər. Onların strategiyaları nə qədər sadə olsa da, Avropa cəmiyyətlərini qorxu üzərində yenidən formalaşdırmaq gücünə malikdir. Vəziyyəti dərindən analiz etsək görərik ki, miqrasiya axını, bazarların qloballaşması, milli suverenliyin itirilməsi kimi mövzular populist ritorikanın əsas silahına çevrilib. Məhz bu ritorika vasitəsilə müxtəlif cəmiyyətlərə “xalq təhlükədədir, bunun günahkarları isə Brüsseldədir” mesajı ötürülür. Amma bir çoxları qəbul etmək istəmir ki, populistlərin “qidalanmasına” zəmin yaradan əsas amil elə Aİ-nin institusional strukturudur.

Qurum daxilində hələ də vahid hökumət formalaşmayıb. Parlament və məhkəmə sisteminin mövcudluğuna baxmayaraq, icra hakimiyyəti müxtəlif orqanlar arasında bölünüb. Bunun əyani sübutu Avropa Komissiyası və Avropa Şurasının fərqli milli maraqları təmsil etmələridir. Şübhəsiz, belə bir sistemdə qərarların siyasi məsuliyyətini dəqiq müəyyənləşdirmək, demək olar ki, mümkünsüzdür. İşin maraqlı tərəfi odur ki, bu qeyri-müəyyənlik uzun illər müxtəlif hökumətlərin xeyrinə işləyib. Onlar Aİ-nin qərar qəbuletmə mexanizmlərində fəal iştirak etsələr də, mürəkkəb və siyasi çəkili qərarların məsuliyyətini “Brüssel bürokratlarına” yönləndirməklə siyasi təzyiqlərdən yayınırdılar.

Populistlərin fəaliyyətlərini xarici təhdidlərə qarşı müdafiə tədbiri kimi qələmə vermələri cəmiyyətin gözündə pərdə asmağa xidmət edirdi. Xüsusilə də sosial rifahın aşağı olduğu təbəqələr üçün bu ritorika əsl “xalq iradəsi” təəssüratı yaratdı, siyasi elitanın xalqı görməzdən gəldiyi düşüncəsini möhkəmləndirdi. Populistlərin Aİ-ni əlverişli siyasi hədəfə çevirmələrinin digər səbəbi də qurum institutlarının, xüsusilə də Macarıstan və Polşa kimi ölkələrdə “Aİ-nin əsas dəyərlərini” pozması barədə reaksiyaları oldu. Bu dəyərlər Avropa İttifaqı Haqqında Müqavilənin (TEU) 2-ci maddəsində təsbit olunub və hüququn aliliyi, insan haqlarına hörmət kimi prinsipləri özündə ehtiva edir.

Müqavilənin 7-ci maddəsinə görə, Aİ Şurası hər hansı bir üzv dövlətin ümumi dəyərləri sistematik şəkildə pozduğunu müəyyənləşdirmək səlahiyyətinə malikdir. Əgər pozuntu halı təsdiqlənərsə, həmin dövlətin nümayəndəsinin səsvermə hüququnun dayandırılması da daxil olmaqla, bir sıra sanksiyalar tətbiq oluna bilər. Sözsüz ki, bu tədbirlər populist hökumətləri cəzalandırmaqdan daha çox, Aİ-nin əsas dəyərlərinə qarşı sistemli pozuntulara cavab verməyə xidmət edir. Amma bu mexanizmlərin praktiki baxımdan işləməsi milli hökumətlərin siyasi iradəsindən asılıdır. Bugünədək Aİ-nin bu sahədəki səyləri bəzi üzv dövlətlərin siyasi passivliyi səbəbindən arzuolunan nəticəni verməyib.

Süni intellekt bəlası

Bir vaxtlar uzaq gələcəyin texnoloji vədi kimi görünən bu fenomen Avropada demokratik idarəetmənin özülünü sınağa çəkir. Onun təsiri özünü daha çox Aİ-nin informasiya sisteminə müdaxiləsində büruzə verir. Bu yolla idarə olunan sosial media platformaları reallıq əvəzinə, emosional məzmunu gücləndirməyi üstün tuturlar. Bu halda vətəndaşların alternativ baxış bucaqları inkişaf etmir. Süni intellektdən istifadə demokratik müzakirələri zəiflədir, cəmiyyətlərin konsensus qurmasını və ictimai institutlara etimadını çətinləşdirir. Əvvəllər insan tərəfindən idarə olunan dezinformasiya kampaniyaları süni intellektin həqiqətəbənzər, lakin saxta hekayələr yaratmaq qabiliyyəti ilə daha da güclənir. Saxta təsvirlər, səs yazıları siyasi fiqurları və hadisələri demək olar ki, qüsursuz şəkildə təqlid edir.

Bu texnologiyalar seçki prosesinə inamı sarsıdır. Avropa demokratiyası çoxdilli və çoxmədəniyyətli olduğundan manipulyasiya üçün əlverişli hesab olunur. Proqnozlaşdırılan alqoritmlər gələcək riskləri qiymətləndirmək, resursları bölüşdürmək və siyasəti yönləndirmək üçün istifadə olunur. Ona görə də vətəndaşlar müxtəlif situasiyalarda məsuliyyət daşıyanın kim olduğunu müəyyənləşdirə bilmirlər. Bu qeyri-müəyyənlik demokratik legitimliyi zəiflədir və Avropa idarəetməsinin əsas prinsipi olan insan nəzarətini təhlükə altında qoyur.

Süni intellektin iqtisadiyyatda rolu da demokratik balansı pozur. Avtomatlaşdırma prosesi idarə edənlər və ondan asılı olanlar arasında yeni bərabərsizlik formaları yaradır. Belə olan halda güc Avropadan kənarda yerləşən texnologiya nəhənglərinin əlinə keçir. Aİ daxilində bu təhlükənin qarşısını almaq məqsədilə mühüm addımlar atılır. Problemin həlli istiqamətində ilk qanunvericilik təşəbbüsü olan “Süni İntellekt Aktı” bu sistemi tənzimləməyi və şəffaflığı hədəfləyir. Lakin texnologiyanın sürətli inkişafı bəzən qanunvericilik prosesini də qabaqlamağı bacarır. Bu sahədə qanunların tətbiqi üzv ölkələrin siyasi iradəsi və texniki imkanlarından xeyli dərəcədə asılıdır.

Xarici müdaxilələr

Avropanın demokratik sistemini zəiflədən digər amil xarici təsirlərdir. Kiberhücumlar, təbliğat və sosial media vasitəsilə xarici qüvvələr seçkilərə, parlamentə, hətta müstəqil mediaya belə inamı sarsıtmağa cəhd edirlər. Onlar əksər hallarda yalan məlumatlar uydurmaq əvəzinə, mövcud ictimai parçalanmaları gücləndirməklə ideoloji qarşıdurma yaradırlar. Qarşıdurmalar öz növbəsində maliyyə şəbəkələrinə, siyasi lobbiçiliyə və mediaya təsir göstərir. Xarici müdaxilələrə ən çox seçki məkanlarında rast gəlmək mümkündür.

Ümumiyyətlə, son illər seçkilərin nəticələrini saxtalaşdırmaq cəhdlərinin artdığı qeyd olunur. Hədəfli dezinformasiya, manipulyativ narrativlər demokratik iştirak səviyyəsinə birbaşa təsir edir. Avropadakı radikal qüvvələr əksər hallarda gizli xarici dəstəkdən faydalanırlar. Bəzi rejimlər liberal-demokratik Avropa modelinə qarşı avtoritar, iyerarxik və sağ-millətçi idarəçilik formalarını alternativ kimi təqdim edirlər. Beləliklə, demokratik mühitdə tədricən avtoritar ritorika normallaşır. Bu istiqamətdə tətbiq olunan hüquqi məhdudiyyətlər isə çox vaxt “milli suverenlik” adı altında təqdim edilir. Lakin bir məqamı da unutmamalıyıq ki, xarici müdaxilənin nəticələri daha realdır. Çünki vətəndaşlar qərarların xarici təsirlə formalaşdığına şahidlik etdikləri zaman dövlət institutlarına inam azalır. Bu isə siyasi qütbləşməni dərinləşdirir, cəmiyyətləri parçalayır.

Nəticədə dialoqa, kompromisə qapılar bağlanır. Bəzən hökumətlər vəziyyəti ələ almaq üçün sərt təhlükəsizlik tədbirləri görməyə məcbur qalır, onlayn məzmunu məhdudlaşdırırlar. Ona görə də, Aİ-nin institusional sisteminin proseslərə çevik reaksiya verməkdə çətinlik çəkməsi təəccüb doğurmamalıdır.

Fərhad MƏMMƏDOV,
politoloq

Avropa İttifaqının qarşısında duran ən böyük problem təhlükəsizlik məsələsidir. Bir tərəfdən Rusiya Ukraynaya qarşı müharibə aparır və bu müharibədə Aİ açıq şəkildə tərəfini seçib – Ukrayna. Bu isə onu dolayısı ilə Rusiya ilə toqquşma riski ilə üz-üzə qoyur. Avropa ölkələrinin hava məkanına müdaxilələr, kiberhücumlar və informasiya manipulyasiyaları davam edir. Bu da İttifaqın təhlükəsizlik sistemini ciddi sınağa çəkir. Digər tərəfdən, Aİ-nin təhlükəsizlik sahəsində ənənəvi müttəfiqi olan ABŞ-la münasibətləri əvvəlki kimi sabit deyil. Rəsmi Vaşinqton bir tərəfdən Avropa mallarına tariflər tətbiq edir, digər tərəfdən enerji və sənaye məhsullarının ixracında müəyyən məhdudiyyətlər qoyur. Bu addımlar Aİ-nin açıq bazar prinsiplərinə ziddir və transatlantik münasibətlərdə iqtisadi gərginlik yaradır. Beləliklə, Avropa həm Rusiya tərəfindən hərbi və siyasi çağırışlarla üzləşir, həm də ABŞ tərəfindən iqtisadi təzyiq hiss edir. Ağ Ev Avropanı bərabərhüquqlu tərəfdaşdan çox maliyyə və silah bazarı kimi görür, dəstəyini “pullu xidmət” formasında təqdim edir.

İkinci mühüm məsələ Aİ-nin daxili vəziyyətidir. Son illər bir sıra üzv dövlətlərin ümumi xəttə zidd siyasət yürütmələri müşahidə olunur. Aİ demokratik prinsiplər və konsensus əsasında fəaliyyət göstərsə də, bəzi hallarda böyük dövlətlər kiçik ölkələrə öz mövqelərini qəbul etdirməyə çalışırlar. Bu isə ittifaq daxilində qərarların legitimliyinə və bərabərlik prinsipinə zərbə vurur. Daxildə, həmçinin liderlik böhranı hiss olunur. Ənənəvi olaraq Avropaya istiqamət verən Fransa və Almaniyanın liderləri son illər öz ölkələrində də legitimlik böhranı yaşayırlar.

Populizmin yüksəlişi və siyasi parçalanma da təhdidlər sırasındadır. Amma bu, daha çox idarəolunan və sistem daxilində cavab verilə bilən problemlərdir. Ən təhlükəliləri isə Aİ-nin mövcudluğunu birbaşa sual altına alan “ekzistensial təhdidlər”dir. Məsələn, təhlükəsizlik xərclərinin kəskin artması Avropanın inkişaf və genişlənmə planlarını faktiki olaraq dayandırıb. Yaxın perspektivdə prosesin davam edəcəyi gözlənilir və İttifaqın həm institusional dayanıqlığı, həm də genişlənmə strategiyası ciddi çətinliklərlə üzləşəcək.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri