Prioritetimiz Suriyadakı Rusiya diplomatik və hərbi obyektlərinin toxunulmazlığıdır RUSİYA XİN
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Rusiya Suriyadakı hadisələri diqqətlə izləyir. Bizim üçün prioritet Rusiya diplomatik və hərbi obyektlərinin toxunulmazlığıdır.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz Suriyada baş verən dramatik hadisələri diqqətlə izləyirik. Bizim prioritetimiz Suriyada olan bütün Rusiya vətəndaşlarının təhlükəsizliyi, həmçinin Rusiya obyektlərinin və nümayəndəliklərinin toxunulmazlığıdır. Dəməşqdəki diplomatik nümayəndəliyimiz fəaliyyətini davam etdirir, lakin son dərəcə yüksək təhlükəsizlik təhdidləri şəraitində”, – Zaxarova bildirib.
Onun sözlərinə görə, Suriya indi ölkənin istər-istəməz yeni çağırışlarla üzləşəcəyi bir keçid dövrünə qədəm qoyur: “Rusiyanın tarixən dostluq münasibətləri olan Suriya xalqı ilə həmrəyliyimizi bildiririk”.
Azpost.info
Baxış sayı:80
Bu xəbər 11 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















