Pul uğrunda döyüşmək qumardır? İlahiyyatçı AÇIQLADI KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Din idmana yüksək qiymət verir. İnsanın fiziki sağlamlığını təmin edən bütün halal vasitələri din məqbul sayır. Lakin insana fiziki xəsarət yetirilməsinə səbəb olan, ağır travmalara yol açan döyüş növləri qadağandır”.
Bu fikirləri ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında səsləndirib:
“Boks, qaydasız döyüş kimi vasitələr əsasən qumar rolunda olduğu üçün qəti haramdır. Çünki oyunçular hansısa məbləğ uğrunda döyüşürlər. Quranda konkret ayə var ki, özünüzü təhlükəyə atmayın. Bu döyüşlər isə təhlükədir. Digər tərəfdən isə qumar haram edilib. Qumar təkcə masaüstü oyun vasitəsilə olmur. İstənilən oyun və ya hərəkət yarışı əgər maddi qarşılıq, pulla icra edilirsə bu qumardır”.
İlahiyyatçı qeyd edir ki, Allahın qadağan etdiyi qumar və qaydasız döyüş səhnələrinə baxmaq da təbliğat xarakteri daşıdığı üçün dini yöndən doğru sayılmır.
“İt boğuşdurmaq, xoruz döyüşdürmək, eyni zamanda pul, qələbə və ya şöhrət naminə insanları döyüşə çıxarmaq həm bədənə yetirilən xəsarətlər, həm də qumar xarakteri daşıdığı üçün İslam dinində qəti şəkildə yolverilməz hesab olunur. Belə günah işləri izləmək və ya təbliğ etmək də haramdır. Çünki pis əməli yaymaq elə onu icra etmək kimidir”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 30 İyun 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















