Icma.az
close
up
RU
Putin: Kürd problemi həllini tələb edir / XƏBƏRDARLIQ YA ŞANTAJ

Putin: Kürd problemi həllini tələb edir / XƏBƏRDARLIQ YA ŞANTAJ

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya prezidenti Putin Ərdoğanla sıx əməkdaşlıqdan və Yaxın Şərqdə mürəkkəb kürd probleminin həllinin tapılmasının zəruriliyindən danışıb. O, Türkiyə tərəfi ilə sıx əlaqələrin olduğunu təsdiq edərək, prezident Rəcəb Tayyib Ərdoğanla daimi əlaqə saxladığını qeyd edib.

“Prezident Ərdoğanla daim təmasdayıq. Onunla sonuncu dəfə nə vaxt danışdığımızı xatırlamıram, amma biz təbii ki, regiondakı, Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik”, deyə Putin mətbuat konfransında deyib. Putin  vurğulayıb ki, Rusiya və Türkiyənin Yaxın Şərqdəki bir çox məsələlərdə mövqeləri hamıya məlumdur:

“Bizim mövqeyimiz heç bir bugünki konyukturaya tabe deyil. Biz həmişə buna inanmışıq və indi də inanırıq ki, Fələstin problemi ancaq onun yaranmasına səbəb olan səbəbləri aradan qaldırmaqla həll edilə bilər, deyə Putin BMT Təhlükəsizlik Şurasının iki dövlət - İsrail və Fələstin yaratmaq qərarını xatırladıb:

“İsrail yaradıldı, Fələstin əslində hələ yaranmayıb. Problem budur”.

Putin Fələstin-İsrail münaqişəsi ilə yanaşı, regionda daha bir mühüm problemi - kürd problemini diqqətə çatdırıb.

“Türkiyənin, bildiyimiz kimi, PKK ilə onilliklər boyu problemi var. Ümid edirəm ki, gərginlik olmayacaq, amma bu yaxınlarda bəzi avropalı siyasətçilər görüşlərdə mənə dedilər ki, Birinci Dünya Müharibəsindən sonra kürdlərə öz dövlətlərini vəd ediblər, onları aldadıblar və s”, deyə Putin ifadə edib.

O, Yaxın Şərqdə yaşayan milyonlarla kürdü “nəzərə alaraq”, vəziyyətin ciddiliyini vurğulayıb:

“Bu, ciddi kürd problemidir. Kürdlər ciddi oğlanlardır, ciddi döyüşçülərdir. Kürd problemini həll etmək lazımdır. Suriya çərçivəsində prezident Əsədlə bunu həll etmək lazım idi, indi isə hazırkı yeni hakimiyyətlə bunu həll etmək lazımdır və Türkiyə hansısa şəkildə öz təhlükəsizliyini həll etməlidir”.

Beləliklə, Putin Türkiyə ilə əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb və mürəkkəb regional problemlərin, o cümlədən Fələstin-İsrail münaqişəsi və kürd probleminin həllinə kompleks yanaşmanın zəruriliyini vurğulayıb.

P.S. Türkiyənin Suriyada güclənməsilə oradan çıxmağa məcbur qalan Rusiyanın prezidentinin bu ifadələri daha çox xəbərdarlığı yaxud şantajı xatırladır.

Ülviyyə, Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri