Putin Netanyahu ilə bu məsələləri müzakirə etdi Masada nələr var?
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Globalinfo.az bildirir ki, bu barədə Kremlin saytı xəbər yayıb.
“Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektləri müzakirə edilib. Rusiya tərəfi regionda mövcud olan problem və münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha açıqlayıb”, – məlumatda deyilir.
Söhbət zamanı Putin Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyin zəruriliyini vurğulayıb. Bundan əlavə, Rusiya lideri bütün etnik və dini qrupların qanuni hüquq və mənafelərinin qorunmasının daxili siyasi sabitliyinin möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Putin həmçinin Rusiyanın İranın nüvə proqramının danışıqlar yolu ilə həllinə kömək etməyə hazır olduğunu deyib.
Xatırladaq ki, tərəflər sonuncu dəfə 2025-ci il mayın 6-da telefonla danışıblar.
Əliyar Xəlil
Baxış sayı:110
Bu xəbər 28 İyul 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















