Icma.az
close
up
RU
“Qanunda istisnalara yol verilməməlidir”Qüdrət Həsənquliyev

“Qanunda istisnalara yol verilməməlidir”Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Öncə qanun layihəsini hazırlamış işçi qrupun üzvlərinə, o cümlədən qanun layihəsini təqdim edən həmkarlarıma öz təşəkkürümü bildirirəm. Amma məsələ ilə bağlı çıxış etməzdən öncə hörmətli Əli Hüseynlinin bir fikrinə də münasibət bildirmək istəyirəm. Əli müəllim qeyd elədi ki, keçmişdə bizə münasibətin pis olması uğursuz diplomatiyamızla bağlı olub. Xüsusulə də İranın adını çəkdi, bizə sanksiyaların tətbiq olunmasından danışdı”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında . “Diplomatik xidmət haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı səsləndirib.
Millət vəkili bildirib ki, sanksiyanı Amerika Birləşmiş Ştatları (ABŞ) tətbiq etmişdi: “ABŞ bu gün də bizi sanksiya tətbiq edəcəyi ilə hədələyir, bu gün də münasibətlərimizdə ciddi gərginlik var. İranla da münasibətlərimizdə gərginlik davam edir və Zəngəzur üzərindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasına da mane olan əsas ölkə İrandır və bizim səfirliyimizə də məhz bu ölkədə basqın edildi və diplomatımız qətlə yetirildi. Ona görə də yeni müstəqillik əldə etmiş ölkəmizin həm müstəqilliyinin, həm də müstəqil siyasət yeritməsini o zaman da qəbul etmirdilər, indi də qəbul etmirlər. Bu gün də bizim həm Avropa İttifaqı, həm Avropa Şurası ilə münasibətlərimizdə ciddi gərginlik yaşanmaqdadır. Amma mən bunu qətiyyən uğursuz diplomatiya ilə əlaqələndirmirəm. Əksinə mən, hörmətli sədrimiz başda olmaqla, həm Milli Məclisin üzvlərinə, xarici siyasətin həyata keçirilməsindəki iştiraklarına görə diplomatlarımıza, həm Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarına, rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Yəni, bizə olan təhdidlərin kökündə tamamilə başqa maraqlar, ermənipərəst dairələrin fəaliyyəti dayanır”.
Millət vəkili daha sonra qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb: “Müzakirə olunan məsələ ilə bağlı onu demək istəyirəm ki, biz, fəaliyyətimizi əldə edilmiş uğurlara baxmayaraq genişləndirməliyik. Xatırlayıram, bir dəfə NATO Parlament Assambleyasının bir iclası Avropanın inkişaf etmiş ölkələrindən birində keçirilirdi. Orada səfirlə görüşdə hiss elədim ki, bizim səfirlik yerli mətbuatı oxumur. Və mən bununla bağlı sual verdim, o da mənim narahatlığımı başa düşdü. Dedi ki, ingilis dilində həftəlik bir qəzet çıxır, onu oxuyuruq və əlavə etdi ki, fəaliyyət göstərdikləri ölkənin dili çox çətindir. Amma mənim narahatlığımı başa düşdüyündən dedi ki, fikirləri var ki, yerli dili bir nəfəri işə götürsünlər və o, mətbuat xülasəsini hazırlasın”.
Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, yeni qanunun 6.1-12-ci maddəsində qeyd olunur ki, diplomatlar fəaliyyət göstərdikləri ölkələrdə qeyri hökumət təşkilatları, ictimai birliklər, fondlar, işgüzar dairələrlə ciddi əlaqələr qurmalıdırlar. Amma, orada media və siyasi partiya nümayəndələri ilə görüşlər barədə heç nə qeyd olunmur. Mən hesab edirəm ki, əksinə, o da əlavə olunmalıdır ki, səfirliklərimiz mütəmadi olaraq fəaliyyət göstərdikləri ölkələrin mətbuat xülasəsini hazırlamalı və Azərbaycan Xarici İşlər Nazirliyinə bu barədə məlumat verməlidirlər. O cümlədən hörmətli Nigar xanım (Nigar Arpadarai) görüşlərin keçirilməsi barədə məlumatların verilməsi məsələsini qeyd elədi. Mən, həqiqətən də bunu zəruri hesab edirəm və dəstəkləyirəm. Ona görə diplomatlar bütün fəaliyyətləri barədə öz rəhbərlərini məlumatlandırmalıdırlar”.
Millət vəkili həmçinin əlavə edib: “Digər qeyd etmək istədiyim mühüm məsələ isə, 24.7-ci maddə-səfirlərin səlahiyyət müddəti ilə bağlıdır. Qanunda yazılıb ki, səfir 5 il müddətinə təyin olunur. Amma bəzi səfirlərimiz 10-15 il bir ölkədə fəaliyyət göstərirlər. Mən həmişə düşünürəm ki, niyə tutaq ki, bir səfir uzun müddət İsveçrədə, başqası isə məsələn Səudiyyə Ərəbistanında səfir olsun? Ona görə də, bunlar rotasiya olunmalıdırlar. “Normativ hüquqi aktlar” haqqında qanunda qeyd olunur ki, diskresion orqanın öz mülahizəsinə görə, tətbiq edilə biləcəyi səlahiyyətlərdən söhbət gedir. Dispozitiv imkanlar orqanın öz seçimi ilə davranış imkanı məhdud olmalıdır. Bunun geniş olması konstitusiya qanununa görə sui-istifadə amili hesab olunur. Həm də “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanunun 64-cü maddəsində qeyd olunur ki, qanunlarda “orqan edə bilər”, “zərurət olduqda” kimi ifadələrdən istifadə olunmasın. O baxımdan mən hesab edirəm ki, qanunda istisnalara yol verilməməlidir və 5 ildən bir rotasiya olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Dekabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri