Icma.az
close
up
RU
Qara Qarayevin ev muzeyində dahi bəstəkarın 107 illiyi qeyd olunub

Qara Qarayevin ev muzeyində dahi bəstəkarın 107 illiyi qeyd olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 fevral, Günel Alıyeva, AZƏRTAC

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin ev-muzeyində dahi bəstəkarın 107 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə musiqişünas, Əməkdar incəsənət xadimi professor Zümrüd Dadaşzadə, Xalq artisti Ülviyyə Hacıbəyova, TÜRKSOY-un keçmiş baş katibi Düsen Kaseinov və digər mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Dahi bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova tədbir iştirakçılarına təşəkkür edib: “Atamın sağlığında bu günü həmişə dostlar, qohumlar və sevimli tələbələri ilə birlikdə qeyd edirdik. İllər keçsə də onun sənətinə hörmət bəsləyənlər onu yad etmək üçün bir araya toplaşmağa davam edirlər. Hər kəsə bu sevgiyə görə minnətdaram”.

Ev-muzeyinin direktoru Lətifə Kazımova çıxışında tanınmış bəstəkarın həyat və yaradıcılıq yolundan, musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, respublika və beynəlxalq müsabiqələrin laureatları Qəmər Kərimli (skripka), Atabala Manafzadə (fortepiano), İluzər İbrahimzadə (fortepiano), Cavidan Rəsulov (klarnet), Cəmalə Abdinzadə (fortepiano), Aysun Mahmudzadə (vokal), Zəhra-Cahan Şıxəliyeva (fortepiano), Cəlalə İsmayılzadə (violonçel), həmçinin Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Svetlana Əhmədovanın (fortepiano) ifasında Qara Qarayev və Fərəc Qarayevin əsərlərindən ibarət konsert proqramı başlayıb.

Konsert proqramından sonra Qara Qarayevin həyat yoldaşı Tatyanaya həsr etdiyi “Prelüdiya lya major” əsərinin video yazısı nümayiş etdirilib. Əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında, dirijor Elşad Bağırovun rəhbərliyi ilə səsləndirilib.

“Bu gün bəstəkar Qara Qarayevin anadan olmasının 107 ili tamam olur. Bu gün bizim evin qapıları hamının üzünə açıq olub. Atamın tələbələri, həmkarları, dostları onu təbrik etmək üçün ziyarətinə gəliblər”, – bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbəti zamanı bəstəkarın qızı pianoçu Züleyxa Qarayeva-Bağırova deyib. O qeyd edib ki, bəstəkarın doğum günü hər il təntənə ilə qeyd olunur.

“Bu gün bizim üçün dəyişməz olaraq qalır. Hər il ev-muzeyimizin qapıları qonaqlar üçün açılır. İllər keçsə də atamın xatirəsi yaşayır. Onun doğum gününü dostların və sənətinin pərəstişkarlarının əhatəsində keçirməyə davam edirik”, - deyə həmsöhbətimiz vurğulayıb.

Tədbirin sonunda professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi professor Zümrüd Dadaşzadə Qara Qarayevin musiqiyə olan misilsiz sədaqəti, kamilliyə can atması və özünə qarşı yüksək tələbkarlığı barədə danışıb. Onun mükəmməl intizamı barədə söyləyərək qeyd edib ki, bəstəkarın yaradıcılığı yeni nəsil musiqiçilərə ilham verməyə davam edir. Professor gənc ifaçılara dahi bəstəkarın əsərlərini yüksək səviyyədə təqdim etdiklərinə görə təşəkkürünü bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri