“Qarabağ”ın legioneri: “Başımız aşağı deyil”
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Başımız aşağı deyil, başımız dik şəkildə UEFA Çempionlar Liqasından ayrılırıq". Sport24.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Coni Montiel sosial şəbəkə hesabında yazıb.
27 yaşlı yarımmüdafiəçi komandasının cari mövsüm qitənin bir nömrəli klub turnirində uğulu çıxışına toxunub:
"Komanda dünyanın ən yaxşı klublarına, futbolçularına qarşı mübarizə apardı və döyüşdü. Hamımız birlikdə, eyni istiqamətdə hərəkət edərək çox vacib bir nəticə əldə etdik. Yenidən bura qayıtmaq üçün mübarizə aparacağıq. İndi isə bizi qarşıda gözləyənlər haqqında düşünməyin vaxtı çatıb".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasında pley-off mərhələsinədək irəliləyə bilib. Komanda bu raundda İngiltərənin "Nyukasl" klubuna uduzub - 1:6, 2:3. Ötən ilin avqustunda Ağdam təmsilçisinə transfer olan Coni Montiel noyabrda bu turnirin iştirak ərizəsinə salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Fevral 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















