“Qazı kəsdilər, bu soyuqda odun peçinə möhtac qaldıq” ŞİKAYƏT
Icma.az bildirir, Milli.az portalına istinadən.
Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində aşkar edilmiş metan qazı ilə əlaqədar yaranmış vəziyyətə dair məlumat yaymışdı.
Milli.Az xəbər verir ki, həmin andan etibarən sakinlərə qazın verilişi dayandırılıb. Bu soyuqda isə sakinlər odun peçi istifadə edirlər. Onlar bu halın nə qədər davam edəcəyindən narahatdırlar.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirildi ki, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədi ilə qaz təminatı dayandırılıb:
"Vəziyyətin təhlükəli olduğunu nəzərə alaraq "Azəriqaz" İstehsalat Birliyi Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə əraziyə baxış keçirilib. "Azəriqaz" İstehsalat Birliyi həmin fərdi yaşayış evlərinə mavi yanacağın verilişini bərpa etməyib. Məqsəd abonentlərin təhlükəsizliyinin qorunmasıdır".
Sözügedən problemlə bağlı Fövqəladə Hallar Nazirliyindən isə qeyd edildi ki, araşdırmaların nəticələrinə əsasən, təkliflər ən qısa müddətdə aidiyyatı qurumlara təqdim ediləcək. Atılacaq növbəti addımlar barədə ictimaiyyətə müvafiq məlumatlar veriləcək.
Aysel Əkbər
Milli.Az
Baxış sayı:105
Bu xəbər 13 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















