Icma.az
close
up
RU
Qəhvədən sonra beyin yuxuda belə tam dincəlmir Alimlərdən xəbərdarlıq

Qəhvədən sonra beyin yuxuda belə tam dincəlmir Alimlərdən xəbərdarlıq

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, kofein yuxu zamanı belə beynin elektrik aktivliyinə təsir edir. Kofein qəbulundan sonra beyin yuxuda daha "oyaq" və dinamik olur – bu təsir xüsusilə gənclərdə və yuxunun dərin mərhələsində özünü göstərir. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Communications Biology" (ComBiology) jurnalında dərc olunub.

Kofein dünyanın ən geniş yayılmış psixoaktiv maddəsidir. O, qəhvə, çay, şokolad, qazlı içkilər və bəzi dərmanlarda mövcuddur. Məlumdur ki, kofein gün ərzində beyində yığılan və yuxululuq hissi yaradan adenozin reseptorlarını bloklayır. Lakin indiyədək onun gecə – beynin dincəlməli və bərpa olunmalı olduğu vaxt – fəaliyyəti üzərindəki təsiri kifayət qədər öyrənilməmişdi.

Tədqiqat çərçivəsində alimlər 40 yetkin şəxsi yuxu laboratoriyasında müşahidə ediblər. Hər iştirakçı iki gecə burada qalıb: birində kofein (təxminən iki fincan qəhvəyə bərabər doza), digərində isə plasebo qəbul edilib. Yuxu zamanı beyin aktivliyi elektroensefaloqrafiya (EEQ) ilə qeydə alınıb.

Təhlil göstərib ki, kofeindən sonra yuxu zamanı beyindəki aktivlik adi ilə müqayisədə daha mürəkkəb və xaotik olub. Bu təsir əsasən yuxunun yavaş dalğalı (dərin) mərhələsində müşahidə edilib. Elektrik siqnalları daha az proqnozlaşdırılan və oyaqlıq halındakı fəaliyyətə bənzəyən bir xarakter alıb. Alimlər bu dəyişikliklərin "neyron oyanıqlığının" artmasına işarə etdiyini bildirir – sanki beyin tam olaraq "yuxu rejiminə" keçə bilmir.

Müəlliflər vurğulayır: insan kofeindən sonra yuxuya getsə belə, beyin tam dincəlmir. Yüksək aktivlik və mürəkkəb sinir siqnalları, yuxunun yaddaşın möhkəmləndirilməsi və emosiyaların tənzimlənməsi kimi bərpaedici funksiyalarına mane ola bilər.

Gələcəkdə alimlər kofeinin yuxusuzluq, təşviş pozuntuları və yaddaş problemləri olan insanlara təsirini də araşdırmağı planlaşdırırlar.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri