Qələbə Gününə həsr edilən silsilə materiallar hazırlanıb FOTOLAR
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb. SİA xəbər verir ki, virtual kitab sərgisində dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur. Materialda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ulu Öndər haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni təqdim edilir. Virtual kitab sərgisində Ulu Öndərə həsr edilən dövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat, kitab, mütaliə və digər mövzularda qələmə alınan 80-dən çox kitabın tam mətni də təqdim olunur.
Kitabxanada təşkil edilən “Ulu Öndər Heydər Əliyev” adlı ənənəvi kitab sərgisində Ümummilli Liderin mənalı ömür yolunu, zəngin, çoxşaxəli fəaliyyətini əks etdirən, kitabxananın fondunda saxlanılan və əsasən son illərdə nəşr edilən kitablar sərgilənir.
Respublika Gənclər Kitabxananasında 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq ənənəvi kitab sərgisi və xülasə (daycest) də hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 09 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















