Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

“Qərargah zabiti kursu”nun 1 ci buraxılışına həsr olunmuş tədbir

“Qərargah zabiti kursu”nun 1 ci buraxılışına həsr olunmuş tədbir

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda “Qərargah zabiti kursu”nun 1-ci buraxılışına həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək, kursu müvəffəqiyyətlə bitirən zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara uğurlar arzulayıb. General-mayor G.Əbdülov Azərbaycan Ordusunda aparılan islahatlar, o cümlədən yeni hərbi idarəetmə təhsil sistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, “Qərargah zabiti kursu”nun zabitlərin xidməti vəzifələrinə hazırlanmasında mühüm rol oynayacağını bildirib.
Məzunlar adından çıxış edən kurs birincisi mayor Tural Abbasov yaradılan şəraitə, eləcə də kursun yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyi və Milli Müdafiə Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını bildirib.

Sonda kursu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Qərargah zabiti kursu” müasir çağırışlara cavab verəbiləcək peşəkar hərbi qulluqçuların yetişdirilməsi məqsədilə hərbi təhsil sistemində aparılmış əsaslı islahatlar nəticəsində yaradılmış yeni hərbi idarəetmə təhsil sisteminin mühüm hissəsidir. Bu sistem “Xidmətboyu təhsil konsepsiyası”na əsaslanır və Azərbaycan Ordusunun hərbi qulluqçularının növbəti vəzifələrə hazırlanması üçün bütün xidmət müddətinə yayılmış ardıcıl, bir-birini tamamlayan sistemli təhsil imkanlarını ehtiva edir. Hərbi idarəetmə təhsil sistemi çərçivəsində həyata keçirilən kurslar aşağıdakı qaydadadır:

- qoşun (qüvvə) növü qərargahlarında xidmət edəcək gizirlərin hazırlanması üçün “Yuxarı qərargah giziri kursu”;
- tabor səviyyəsində “Təməl qərargah zabiti kursu”;
- briqada səviyyəsində “Qərargah zabiti kursu”;
- korpus və ordu səviyyəsində “İdarəetmə akademik kurs”;
- qoşun (qüvvə) növləri arasında strateji səviyyədə “Müştərək idarəetmə kursu”;
- ali rütbəli zabitlər üçün “Strateji liderlik və milli təhlükəsizlik kursu”;
- hərbi-siyasi səviyyədə “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”;
- “Hərbi və dövlət müdafiəsini idarəetmə” və “Menecment” ixtisasları üzrə magistratura proqramları.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Fevral 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see192

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see191

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see162

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see141

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri