Icma.az
close
up
RU

Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu: Paşinyanın Qərbi Azərbaycan və “Qərbi Ermənistan” arasında paralel aparmaq cəhdi qəbuledilməzdir

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsini və uydurma “Qərbi Ermənistan” anlayışı arasında paralel aparmaq cəhdi qəbuledilməzdir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatında bildirilib.

Qeyd edilib ki, Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. “Qərbi Ermənistan” ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində və siyasi addımlarında öz əksini tapmış ərazi iddiasıdır:
“Baş nazirin ən azı sözdə uydurma “Qərbi Ermənistan” anlayışını sual altına alması, “mifik Ermənistandan real Ermənistana keçmək” barədə bəyanatları, əslində çoxdan atılmalı olan addımlardır. Lakin bu, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların sülh yolu ilə öz evlərinə qayıtmaq hüququ hesabına başa gəlməməlidir.


Bizim insan hüquqlarına əsaslanan haqq işimizi ərazi iddiası ilə müqayisə etmək yolverilməzdir. Bir daha xatırladaq ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə müraciət edərək, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə tam riayət olunmaqla dialoq başlatmağı təklif etmişdir. Lakin Ermənistan bu çağırışlara məhəl qoymamış və qəsdən İcmanın fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid kimi təhrif etmişdir.

Baş nazir Paşinyan belə yanlış müqayisələr aparmaq əvəzinə, İcmanın dialoq çağırışlarına cavab verməli, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməli, Ermənistanın Konstitusiyası və digər sənədlərdən Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddialarını dərhal və qeyd-şərtsiz çıxarmaq üzərində işləməli və təhlükəli militarizasiya siyasətinə son qoymalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri