Icma.az
close
up
RU
Qərbi Azərbaycanda vandalizmə göz yuman ABŞ Qarabağda erməni izi axtarır

Qərbi Azərbaycanda vandalizmə göz yuman ABŞ Qarabağda erməni izi axtarır

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Bayden administrasiyası erməni lobbisindən aldığı göstəriş və tapşırıqlara uyğun qərəzli bəyanatlar və proqramlar səsləndirməkdə davam edir.

30 ildən artıq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, etnik təmizləmə siyasəti həyata keçirməsinə göz yuman ABŞ-nin addımları Vətən müharibəsindən sonra aqressiv hal alıb.

Yayılan xəbərlərə görə, ABŞ Dövlət Departamenti Ermənistandakı səfirliyi vasitəsilə 2025-ci il üçün mədəniyyətin qorunub saxlanılması barədə növbəti proqram və qrant layihəsi ilə çıxış edib.

Proqramda diqqət çəkən məqamlardan biri odur ki, səfirlik Qarabağdan könüllü çıxan erməni sakinlərlə bağlı qeyri-maddi irsin saxlanması layihələrinin təqdim edilməsini təşviq edir. Hətta hər bir layihəyə 500 min ABŞ dollarınadək vəsait də ayrılır.

Əslində, Birləşmiş Ştatların Ermənistan ərazisində maddi-mədəniyyət abidələrinin qorunub saxlanması, bərpası istiqamətində apardığı işlər təəccüb doğurmamalıdır. Analoji tədbirlər bütün ölkələrdə həyata keçirilir.

Sadəcə ABŞ-nin Ermənistandakı səfirliyi vasitəsilə əzəli Azərbaycan torpağında erməni irsinin qorunması ilə bağlı layihələrin proqrama daxil etməsi riyakarlıq və təxribatın bariz nümunəsidir. Bunu təsdiq edən daha bir məqam erməni lobbisinin təsiri altında olan Bayden administrasiyası və ABŞ-in İrəvandakı səfirliyinin Qərbi Azərbaycan ərazisində minillərlə yaşayan 300 min azərbaycanlıya məxsus tarixi, maddi, mədəni abidələrin qorunması ilə bağlı heç bir təşəbbüslə çıxış etməməsidir.

Oxu.Az xəbər verir ki, bununla bağlı tam məlumat almaq üçün "Report" agentliyi ABŞ-nin Azərbaycandakı səfirliyinə Ermənistandan qovulmuş azərbaycanlıların mədəni irsinin araşdırılması və qorunması ilə bağlı layihələr barədə müvafiq sorğu göndərib. Səfirlikdən bildirilib ki, bu mövzu ilə bağlı sorğuya bir neçə gündən sonra cavab veriləcək.

ABŞ unutmamalıdır ki, tarixən türk torpaqları olan Qərbi Azərbaycanda dağıdılan tarixi və dini abidələrimizin sayı yüzlərlədir. Rəsmi Bakı da dəfələrlə bu məsələni qabardıb. Tarixi yaddaşımızın bərpasına və qorunaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən deyib:

"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb".

Bayden administrasiyası və ABŞ-nin Ermənistandakı səfirliyi də bu bəyanata kor və kar qalıb. Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun üzvü olmuş Birləşmiş Ştatlar bir dəfə də olsun nə Qarabağda, nə də indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi, mədəni abidələrinin dağıdılması, yer adlarının dəyişdirilməsi, Qərbi Azərbaycandan ən böyük məcburi köçlə bağlı bir bəyanat səsləndirməyib. Amma indi Qarabağda "erməni mədəni irsi"nin araşdırılması ilə bağlı layihələrə dəstək verir.

Halbuki, məhz Ermənistanın 30 illik işğalı dövründə Qarabağ bölgəmizdə olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədilib. Bu abidələr ya dağılaraq bərbad vəziyyətə salınıb, ya da tamamilə məhv edilib. Qarabağ ərazisində olan 67 məsciddən 65-ni ermənilər yerlə-yeksan ediblər. Qalan iki məscidə isə ciddi ziyan vurulub.

Ermənistan ərazisində soydaşlarımıza məxsus abidələrə qarşı əsl soyqırımı həyata keçirilib. ABŞ-nin Ermənistan səfirliyi onu da bilməmiş deyil ki, indi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olub.

Təəssüf ki, bu ərazilərdən, diyarlardan azərbaycanlılar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun azərbaycanlı yoxdur. Qərbi Azərbaycanda olduğu qədər dünyanın heç bir yerində bu miqyasda saxtakarlıq hallarına yol verilməyib. Saxtakarlıq və sünilik sahəsində birinci olan ermənilər iki əsrə yaxındır Qərbi Azərbaycanda tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. Bu da erməni millətçiliyi, ekstremizmi və şovinizminin nəticəsidir.

Arxiv materialları da bunları təsdiqləyir. Erməni saxtakarlığını 1903-cü ilə aid olan coğrafi xəritə alt-üst edir. Söhbət Prezident İlham Əliyevin 18 aprel 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan, rus və ingilis dillərində nəşr olunan "Cənubi Qafqaz. 1903-cü il" xəritəsindən gedir.

Xəritə XX əsrin əvvəlində nəşr edildiyi üçün bədnam qonşularımızın əsassız iddialarına cavab vermək məsələsində mühüm əhəmiyyətə malikdir. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir.

Tarixi sənədlərə nəzər salsaq görərik ki, İrəvanın yaxınlığında yerləşən Molla Dursun, Kərpicli, Yeni Bəyazit, Qaraqola, Qızıldağ, Ahdağ və sair toponimlər dəyişdirilib. O xəritəni indiki Ermənistan ərazisilə müqayisə etdikdə görürük ki, burada erməni mənşəli tək-tük yaşayış məntəqələrinə rast gəlinir.

Dağ, çay, çöl, meşə, düzəngah, el-oba adlarının 99 faizi tamamilə türk mənşəlidir. Məlumdur ki, dağ, çay adları yaşayış məntəqələrindən daha əvvəl yaranıb. Bu da həmin ərazilərdə bizim babalarımızın daha erkən dövrlərdə yurd saldığını, ocaq qaladığını sübut edən faktdır.

Azərbaycan tarixində misilsiz yeri olan Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edən yurdlarımızdandır. Bu ərazi Rusiya çarlığına müharibə yolu ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub.

Sovet hakimiyyəti zamanında Göyçə mahalı süni şəkildə beş inzibati rayona bölünüb. Onlar Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonlarıdır. Basarkeçər adı sonradan Vardenisə çevrilib. Göyçə mahalı Azərbaycan folklorunun, aşıq sənətinin mərkəzlərindən biri kimi məşhurdur.

Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb ki, onlardan birini - İrəvan şəhərindəki Göy məscidi "fars məscidi", digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə "türkmən abidəsi" kimi qələmə verməyə çalışırlar.

Azərbaycanın qədim torpağı olan İrəvan şəhəri vaxtilə çox sayda məscidləri ilə məşhur olub. Bu şəhərin möhtəşəm məscidləri onun simvoluna çevrilmişdi. 1832-ci ildə təkcə İrəvanda 12 məscid qeydə alınıb. Onlardan "Came məscidi", "Şah Abbas məscidi", "Zal xan məscidi", "Novruzəli bəy məscidi", "Sərtib xan məscidi", "Hüseynəli xan məscidi", "Hacı İmamverdi bəy məscidi", "Hacı Cəfər bəy məscidi"ni misal göstərmək olar.

Araşdırmalar göstərir ki, 1912-ci ilə kimi indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə isə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayının artması müşahidə olunub. Burada 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

Təqdim etdiyimiz faktlar və rəqəmlər sadəcə erməni vandalizminin bir hissəsidir. Bununla belə, elə sadalanan faktlar da, məsələyə aydınlıq gətirə bilər. Sadəcə bu faktları ABŞ-nin Ermənistandakı səfirliyi də diqqətə alsa, yaxşı olardı. Əks təqdirdə, bu onun qərəz və ikili yanaşmasının növbəti təzahürü kimi qiymətləndirilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Dekabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri