Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Qəzet köşkləri qəhətə çıxıb So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Qəzet köşkləri qəhətə çıxıb So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bilal Alarlı, filologiya üzrə fəlsəfə doktoru:

- Yaşadığım Alar kəndində 10 mindən çox adam yaşayır, amma qəzet və jurnallara abunə olan yoxdur. Vaxtilə burada 4 poçtalyon işləyirdi, indi bu ştatlar ləğv olunub. Mən aldığım qəzet və jurnalları götürmək üçün Cəlilabad rayon Mətbuat Yayımı İdarəsinə getməli oluram. Həftəlik qəzetlər yığılır, hər dəfə 5-10 manata taksi tutub, gedib götürürəm. Bütün saylarını aldığım qəzet və jurnallar bunlardır:

- "525-ci qəzet"

- "Ədəbiyyat qəzeti"

- "Respublika"

- "Ulduz"

- "Azərbaycan"

- "Qobustan"

Şəxsi kitabxanamda bu qəzet və jurnalların xüsusi yeri var. Oxumaq istəyənlərə verirəm. Maraqlıdır ki, mənim aldığım bu qəzet və jurnallarda yazıları çap olunan bölgə şair və yazıçıları da həmin nömrələri onlara verməyimi xahiş edirlər. Abunə yoxdur, köşklər qəhətə çıxıb.

Amma gileyimi də bildirmək istəyirəm: Göndərdiyim yazılar mənim sevə-sevə alıb oxuduğum bu qəzet və jurnallarda layiqincə yer almır. Beş-altı yazımdan birini verirlər. Bunun ilkin səbəbi mənim ədəbi mərkəzdə deyil, bölgədə yaşamağımdır. Bölgələrin yaradıcı şəxsləri xüsusən ədəbi orqanlara çətinliklə yol tapırlar.

Rəşad Qasımov, prodüser:

- Ukraynalı müğənni Ani Lorakın əsl adı Karolinadır. Ani Lorak Karolinanın tərsinə oxunuşudur və sonradan düşünülmüş səhnə adıdır.

Misir Mərdanov, professor:

- Çox rəngarəng və zəngin hadisələrlə dolu həyatımda unuda bilmədiyim insanlar kifayət qədərdir. Bu siyahıda təmkininə, zəkasına, müdrikliyinə, alicənablığına görə yaddaşımda dərin iz buraxmış və ən ön sıralarda yer tutan bir şəxsiyyət var - Artur Rəsizadə! Etel Lilian Voyniçin məşhur "Ovod" əsərinin qəhrəmanının adını daşıyan bu insan elə Voyniçin Arturu kimi çox keşməkeşli həyat yaşamışdır. 1935-ci il fevralın 26-da Gəncədə dünyaya gələn, Böyük Hüseyn Cavidin qardaşı nəvəsi, şair Tahir Rəsizadənin oğlu, Lənkəranda orta məktəbi bitirən, əslən naxçıvanlı olan bu insan öz həyatı ilə Azərbaycanın bütövlüyünün rəmzi olmuşdur, hər kəsə yalnız şəxsi keyfiyyətlərinə, işgüzarlıq xüsusiyyətlərinə, vətənpərvərliyinə, məsuliyyətinə görə dəyər vermişdir. 22 il Baş nazir kimi ən yüksək səviyyələrdə Azərbaycanı və xalqımızı dünyaya ləyaqətlə təqdim  və təmsil edən Artur müəllim həm də əsl köhnə kişilərə xas nəcib keyfiyyətləri özündə yaşadan bir insandır. 15 il nazir işlədiyim müddətdə mütəmadi görüşdüyüm bu insandan o qədər kübarlıq, alicənablıq gördüm ki, dostlarım inciməsə deyərdim ki, bəlkə Nazirlər Kabinetinin bütün strukturunda çalışanların hamısında bir yerdə onda olan qədər aristokratiya yox idi. Bu insan gözü-könlü tox, yaxşılıqları hiss olunmadan etməyi bacaran, bir dəfə də səsini qaldırmayan, ancaq bütün işləri vaxtında, səliqəli və vicdanla edən və etdirməyi bacaran, unikal yaddaşlı, çevik analitik təfəkkürlü, güvənməli, etibarlı bir şəxsiyyətdir.

Gözü-könlü tox, Azərbaycanda ləyaqət və abır simvolu hesab edilə biləcək Artur Rəsizadə bütün təriflərdən, təltiflərdən yüksəkdə dayanmağı bacaran bir insandır, bir çox həmkarlarından fərqli olaraq ona ad günündə belə hədiyyə vermək mümkün deyildi. Yaxşı xatırlayıram, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə ona təqdim edə bildim.

Artur Rəsizadə bütün digər məziyyətləri ilə yanaşı, həm də dostluqda, yoldaşlıqda çox etibarlı, sədaqətli insandır. Doğrudur, bəzi adamlardan fərqli olaraq, "hamı onun əzizi deyil", hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi ətrafında şirin söhbətlər edir. Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, bəzi yumoristik səhnələrdə guya Azərbaycan dilində yaxşı danışa bilməyən, jarqonlardan istifadə edən məmur kimi təqdim edilən Artur Rəsizadə əslində dilimizi, tariximizi, mədəniyyətimizi, poeziyamızı çox gözəl bilir, onun Füzulidən, Seyid Əzimdən, Hüseyn Caviddən dediyi şeirləri yəqin ki, Azərbaycanda çox az adam bilər. Bundan başqa, onun intellektual səviyyəsi çox yüksəkdir, dünyanın ən mürəkkəb texnologiyaları, elmi yenilikləri, bununla yanaşı, dünya ədəbiyyatının klassikləri - Dostoyevski, Stendal, Kamyu və başqalarının əsərləri haqqında elə maraqlı faktlar gətirir, elə şərhlər edir ki, məəttəl qalırıq.

Belə insandır, hələ 36 yaşında -1971-ci ildə SSRİ Dövlət mükafatı kimi o dövrün ən yüksək fəxri adının, müstəqil Azərbaycanın "Heydər Əliyev", "İstiqlal", "Şərəf", "Şöhrət", "Xalqlar dostluğu", "Vətənə xidmətə görə" birinci dərəcəli ordenlərin laureatı olan, 22 il Baş nazir işləyən, nə şadlıq evi, nə restoranı, nə bir başqa obyekti-filanı olmayan, sadə və təvazökar həyat yaşayan Artur Rəsizadə! Ancaq bu şəxsiyyəti yaxından tanıyanların ürəyində böyük bir abidəsi var. Əmisi Hüseyn Cavidin abidəsinə oxşayan möhtəşəm, bir qədər də dünyanın işlərinə gülümsəyən, tamahkarlara məəttəl qalan, "adamlar bu qədər yığdıqlarını hara aparacaqlar?!" ritorik sualını düşünərək başını aşağı salmış bir abidə...

Bu gün onun 90 yaşı tamam olur. Canlı tarix, dərin zəkalı şəxsiyyət, humanist insan, böyük ürək sahibi, əsl vətəndaş və unikal ziyalı olan Artur Rəsizadəni bu yubileyi münasibətilə təbrik edirəm. Şərəfli bir ömrün növbəti zirvəsində dayanan bu fenomenal şəxsiyyətə  cansağlığı və yeni yubileylər arzulayıram.

Rəhim Tarıverdi, jurnalist:

- Ara-sıra tənqidi məqamlar olsa da, ümumən Bakı-Sumqayıt qatarı yaxşı xidmət göstərir. Xüsusilə də belə havalarda qatar əvəzsiz nəqliyyat növüdür.

Əsmər Bağırova, jurnalist:

- Monqol dilində rastlaşdığım bir-iki nüans var: bir çox öz sözlərimizlə eynidir.

Dilimizdəki "şor" sözü [şorvoq] şorvoq - duzlu və ya "hündür" sözü [öndör] ondor - uca, hündür sözlərindən alınmış ola bilər? Necə ki, ərəb dilindən keçən alınma sözlər var, monqol dilindən keçən alınma sözlərdir?

Kim kimdən götürüb? Maraq doğurur.

Başqa monqol sözlərindən misal:

Miniy [məniy] - mənim

Bid [bid] - biz

Asif Nərimanlı, jurnalist:

- ABŞ və Rusiyanın növbəti görüş yeri kimi İstanbulu seçməsini iki kontekstdə dəyərləndirmək olar.

Birincisi, Ukrayna münaqişəsinin həllində, ümumilikdə geosiyasi müstəvidəki razılaşmalarında Türkiyə faktorunun nəzərə alınmasıdır.

Həm Vaşinqtonda, həm Moskvada anlayırlar ki, Türkiyənin prosesdən kənarda qalması əldə etmək istədikləri perspektivlərdə problemlər yarada bilər.

1. Ukraynanın Türkiyənin dəstəyi ilə ABŞ-Rusiya razılaşmasını qəbul etməmək imkanları genişlənər;

2. Ankaranın danışıqlar platforması kimi Vaşinqton, yaxud Moskva tərəfindən yox, məhz Kiyev tərəfindən irəli sürülməsi masada Ukraynanın mövqeyini gücləndirə bilər;

3. Geosiyasi müstəvidə mövqeyi nəzərə alınmayan Türkiyə NATO-da Avropa ilə birlikdə ABŞ-a ciddi müqavimət cəbhəsinin qurulmasına zəmin yarada bilər;

4. Qara dənizdən Yaxın Şərqə qədər uzanan coğrafiyada Türkiyəsiz ABŞ-Rusiya razılaşmalarının praktiki müstəvidə reallaşması çətindir.

İstanbulun danışıqlarda platforma kimi seçilməsi Ankaranın Vaşinqton-Moskva xəttindəki danışıqlar prosesinə daxil edilməsi, perspektiv addımlarda Türkiyənin dəstəyinin alınmasına hesablanıb.

İkincisi, Ukrayna danışıqlarında İstanbul razılaşmaları layihəsinin baza kimi qəbul edilməsidir.

Müharibənin ilk ilində baş tutan İstanbul danışıqlarında Rusiyanın şərtlərinin qəbul edilməsi ön planda idi. Daha sonra daim İstanbul razılaşmalarına istinad edən Kreml danışıqlar masasının Türkiyədə qurulmasında 2022-ci ildəki üstün mövqeyini təmin etmək baxımından maraqlıdır. Moskvanın mövqelərini nəzərə alan Vaşinqton da bunu qəbul edir. Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff də bildirib ki, "2022-ci ilin əvvəlində Rusiya və Ukraynanın bağlaya biləcəyi İstanbul razılaşmaları layihəsi Ukrayna münaqişəsinin nizamlanması üçün əsas kimi götürülə bilər".

Burada ən önəmli məqamlardan biri Ukrayna ilə bağlıdır: masanın İstanbulda qurulması Kiyevi Türkiyənin dəstəyi-ədalətli mövqeyinə görə danışıqlara gəlməyə sövq edə bilər.

Fərid Pərdəşünas, texnobloger: 

- Süni intellekt ilə hazırlanan foto və məzmunlar artıq bezdirici gəlməyə başlayıb. Bilmirəm siz də bunu hiss edirsiniz, yoxsa yox. Xüsusilə reklam, poster, videolar - artıq ilk baxışdan hiss edilir ki, bu, süni intellekt yaradılıcılığıdır.

Sanki hər şey bəlli bir şablon daxilindədir və uzun müddət eyni növ məzmunu görəndə yormağa başlayır.

Düşünürəm ki, süni intellekt yaradıcılığında bu "süni" görünümü aradan qaldırmasa, bu tipli məzmunların ömrü çox olmayacaq. Daha realistik nəticələrin emalı lazımdır.

Məhəmmədəli Qəribli, jurnalist:

- "OBA"dan açıqlama: "Heç bir mağazamızda qaz təsərrüfatına aid avadanlıqlardan istifadə edilmir"

Bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "OBA" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib.

Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır.

Qeyd edək ki, "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq.

Xəsarət alanlara Allahdan şəfa diləyirik.

"OBA" Marketlər Şəbəkəsi

İlham Quliyev, jurnalist:

- Əvvəllər saytlar xəbəri "Qar nə vaxt yağacaq?" başlığı ilə verirdilər. Bu gün valı dəyişib "Qar nə vaxt kəsəcək?" başlığına keçmişik. Haradan haraya...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri