Icma.az
close
up
RU
Qiymətləndiricilər Palatası: Bank əməkdaşının qiymətləndirmədə iştirakı qanunsuzdur

Qiymətləndiricilər Palatası: Bank əməkdaşının qiymətləndirmədə iştirakı qanunsuzdur

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan banklarının əməkdaşlarının qiymətləndirmədə iştirakı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunla ziddiyyət təşkil edir.

Bakıvaxtı.az bu barədə Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) məlumat yayıb. 

Palata bəyan edib ki, bankların bu fəaliyyətlə məşğul olmasına hüquq verən yeganə əsas Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”dır. Bu Qaydanın 7-ci maddəsinin 7.3. baddində göstərilir ki, təminatın qiymətləndirilməsini kreditin verilməsi prosesində iştirak etməyən bankın əməkdaşı və yaxud “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq fəaliyyət göstərən qiymətləndirici aparır. Lakin qiymətləndirməni bankın əməkdaşının aparması adı çəkilən qanuna ziddir.

Belə ki, Qanunun 1-ci maddəsində göstərilir ki, qiymətləndirmə fəaliyyəti, bu Qanunla müəyyən edilmiş hallarda, habelə sifarişçinin müəyyən etdiyi məqsədlər üçün qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyətdir. Qiymətləndirici, bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxsdir. Qiymətləndirici təşkilat, əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsdir. Sifarişçi isə, mülkiyyətində və ya istifadəsində olan qiymətləndirmə obyektinin qiymətləndirilməsi məqsədilə qiymətləndirici və ya qiymətləndirici təşkilatla bağladığı qiymətləndirmə haqqında müqavilə əsasında qiymətləndirmə xidmətinin son istehlakçısı olan fiziki və ya hüquqi şəxsdir.

Qanunun 5-ci maddəsinin 5.3. bəndində isə konkret olaraq göstərilir ki, Qiymətləndirici öz fəaliyyətini müstəqil və ya qiymətləndirici təşkilatla bağladığı əmək müqaviləsi əsasında həyata keçirir. Yəni, qanun tələb edir ki, qiymətləndirmə fəaliyyəti qiymətləndirici tərəfindən həyata keçirilməlidir. Bu isə AQP-nin üzvü olan və müstəqil fəaliyyət göstərən fiziki şəxs və ya əsas fəaliyyət sahəsi qiymətləndirmə olan qiymətləndirici təşkilatdır. Yəni, bu halda bank əməkdaşı Qiymətləndirici funksiyasını icra edə bilməz.

Qiymətləndiricinin müstəqilliyi ilə bağlı Qanunun 15-ci maddəsində göstərilir ki, sifarişçinin və digər maraqlı şəxslərin qiymətləndiricinin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Bu halda da bank əməkdaşının müstəqilliyi sual altına düşür.

Həmçinin Sifarişçinin hüquqları ilə bağlı Qanunun 13-cü Maddəsində bildirilir ki, Sifarişçi qiymətləndiricini və ya qiymətləndirici təşkilatı müstəqil seçmək və onlarla qiymətləndirmə haqqında müqavilə bağlamaq, eyni zamanda qiymətləndiricidən Qiymətləndiricilər Palatasına üzvlük vəsiqəsini təqdim etməsini tələb etmək; qiymətləndirmənin nəticələri ilə razılaşmadıqda, Qiymətləndiricilər Palatasına və məhkəməyə müraciət etmək kimi hüquqlara malikdir. Bütün bunlar isə, yenə təsdiq edir ki, bank əməkdaşının Qiymətləndirici funksiyasını icra etməsi qanuna uyğun deyil. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri