Icma.az
close
up
RU
QMİ sədri və G20 Dinlərarası Forumunun prezidenti qlobal dialoq və islahatları müzakirə ediblər

QMİ sədri və G20 Dinlərarası Forumunun prezidenti qlobal dialoq və islahatları müzakirə ediblər

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forum Assosiasiyanın prezidenti Kol Dürhamla qarşı tərəfin istəyi əsasında videokonfrans formatında görüşüb.

525.az-a QMİ-nin mətbuat xidmətindən bildirilib ki, tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər.

A.Paşazadə Assosiasiyanın fəaliyyətini və onun dünyanın müxtəlif yerlərində keçirilən beş forumda ardıcıl iştirakını yüksək qiymətləndirib, platformanın işinə töhfəsini əsirgəmədiyini qeyd edib. G20 Dinlərarası forumlarında iştirakını bu platformaya və onun fəaliyyətinə yüksək ehtiramının sübutu kimi vurğulayan QMİ sədri diqqətə çatdırıb ki, insan həyatına, bəşəriyyətin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması, qlobal dialoqun təşkili zəruridir.

K.Dürham isə A.Paşazadəyə G20 Dinlərarası forumlarda fəal iştirakına görə minnətdarlığını bildirib. ABŞ-a səfəri çərçivəsində keçirilən görüşdə o, Forumun struktur islahatları ilə bağlı şeyxülislamın təcrübəsindən yararlanaraq tövsiyələrini verməsini xahiş etdiyini və proses zamanı məlumat mübadiləsi aparmaq barədə razılığa gəldiklərini xatırladıb.

A.Paşazadə təklif olunan islahatları yüksək qiymətləndirib, K.Dürham isə tövsiyələrin islahatlar zamanı nəzərə alınacağına söz verib.

Tərəflər Dinlərarası forum çərçivəsində daimi fəaliyyət göstərəcək dinlərarası şuranın yaradılmasını müzakirə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri