Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: Prezidentə verilən mükafat dünyaya mesaj idi

Qulamhüseyn Əlibəyli: Prezidentə verilən mükafat dünyaya mesaj idi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın dövlət başçısının Cənubi Qafqazda qalıcı sülhə və təhlükəsizlik mühitinə nail olmaq üçün ardıcıl və inadcıl fəaliyyətinə verilən beynəlxalq qiymət, onun beynəlxalq müstəvidə formalaşmış siyasi nüfuzunun və etibarlı lider imicinin növbəti təsdiqi kimi dəyərləndirilməlidir". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu sabiq millət vəkili, BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi Qulamhüseyn Əlibəyli deyib. O bildirib ki,  bu mükafat həm də dövlətimizin  başçısının 30 ildən artıq davam edən münaqişənin silahlı qarşıdurma və müharibə mərhələsindən siyasi - diplomatik müstəviyə keçirilməsinə nail olmaq, bu mərhələdə sülhə nail olmaqla regionda sabitliyi təmin etmək və yeni təhlükəsizlik arxitekturasının əsasını qoymaq səylərinin, göstərdiyi qətiyyətin dünya miqyasında tanınması deməkdir:

"İşğal dövründə Ermənistan və onun əlaltısı olan seperatçı qondarma rejim tərəfindən Azərbaycan xalqına və dövlətinə qarşı törədilmiş insanlıq əleyhinə və müharibə cinayətləri – soyqırım, etnik təmizləmə, ekosid, mülki əhalinin yaşadığı yerlərdən qovulması, kütləvi şəkildə öldürülməsi, yaşayış məskənlərinin dağıdılması və sair bu kimi beynəlxalq  xarakterli cinayət əməlləri  kontekstində Prezident İlham Əliyevin bu siyasəti və ardıcıl fəaliyyəti  Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi, regionun hərtərəfli inkişafına şərait yaradılması və beynəlxalq əməkdaşlıq məkanına çevrilməsi istiqamətində tarixi şans kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevə verilən bu mükafat Azərbaycanın qalib ölkə olmaqla  beynəlxalq aləmdə  qisasçılığı deyil, sülhü, təhlükəsuzliyi və inkişafı prioritet hesab edən, humanitar dəyərlərə bağlı dövlət kimi imicini daha da möhkəmləndirir. 

Dünya görür ki, Azərbaycan dövləti təkcə regional güc olmaqla kifayətlənmir, həm də mürəkkəb və qarışıq beynəlxalq münasibətlərdə yeni yanaşmalar irəli sürür, qlobal miqyasda sülh gündəliyini formalaşdıra bilir.

Mükafatın təqdim olunması mərasimində çıxış edən prezident İlham Əliyev bir çıx mesajlar verdi ki, bu mesajlar Cənubi Qafqazda sülhün fəlsəfəsini aydınlaşdırmağa kömək edir. “Biz sülh şəraitində yaşamağı öyrənirik. 

Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik”  deyimi regionda sülhün sadəcə ritorika olmadığını,  müharibənin və münaqişənin bitməsi ilə  sülhün öz-özünə dərhal yaranmadığını, daim gündəlik fəaliyyət, iqtisadi və  humanitar əlaqələr, qarşılıqlı maraqlar üzərində qurulan bir proses olduğunun, təkcə hakimiyyətlərin deyil, həm də cəmiyyətlərin bu prosesə hazır olmalarının vacibliyini xatırladan mesajlardır". 

"Cebheinfo.az"

Açar sözlər: mükafat Qulamhüseyn Əlibəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:399
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Fevral 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri