Icma.az
close
up
RU
Qurban Qurbanov: Bu gün hər iki komanda qalib gələ bilərdi

Qurban Qurbanov: Bu gün hər iki komanda qalib gələ bilərdi

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Qarabağ" Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Son dəqiqələrdə tam istədiyim oyun oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə və ikinci hissənin əvvəlində temp aşağı idi. Rəqib də buna səbəb oldu. İlk dəqiqələrdə fərqli oyun üslubu seçmişdi. Bizim futbolçular da o tempə öyrəşdilər. İkinci hissədə azarkeşlər üçün daha maraqlı futbol oldu. Rəqibin hücum xətti çox bacarıqlıdır. Bu gün hər iki komanda qalib gələ bilərdi. Bəlkə də ədalətli nəticə bərabərlikdir. Ağır qrafikdəyik. Futbolçularda bir az yorğunluq hiss olunur.

- Heyətdə rotasiyalar etməyinizin səbəbi nə idi?

- "Qəbələ" ilə kubok matçında da dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq. Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi. 2 oyunu 90 dəqiqə oynadı və əzələ problemi oldu. Avropa oyunlarında temp başqadır. Bu gün bəlkə də hücum xəttini gücləndirməli idim, amma Bədavini Bəhlulla əvəzlədim. Heç bir futbolçunu ritmdən salmaq istəmirik. Futbolçuların durumuna görə belə addım atmışdıq.

- Yassin Benzia bu gün dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı. Bu, nə ilə bağlı idi?

- Sistem öz yerində idi. Sadəcə o zonaya Benzianı çəkdik. Standart vəziyyətləri düşünürdük. Onu başqa matçlarda da həmin mövqedə oynatmışıq.

- Vasili Berezutski sizi təəccübləndirə bildi?

- Mənim hər hansı fikir söyləməyim hələ tezdir. Onun meydandakı düşüncələrini görmək üçün qarşıdakı oyunları izləməliyik. Düzünü desəm, heyəti görəndə bir az təəccübləndim.

- Bugünkü oyunda "Elfsborq"la matçı nəzərə almışdız?

- Futbolçuların hazır olması lazımdır. Biz hələ rəqibi tam təhlil etdikdən sonra nəsə deyə bilərik. Hələ iki məşqimiz olacaq. Sırf onlarla matçın oyun planı üçün bu gün nəsə etmədik.

- Juninyonun əvəzlənməsi yorğunluqla bağlı idi?

- Yox. Oyunun gedişatı və limitlə bağlı idi. Nəriman da sağda yorulmuşdu. Ona görə Kaşuku sağ cinaha buraxdıq və Nərimanı mərkəzə çəkdik.

- Məşqlərdə futbolçulara uzaqdan zərbələrin üzərində işləməyi tapşırırsız?

- Tapşırırıq, məşq edirik.

- "Araz-Naxçıvan" Premyer Liqanın lideridir. Onlarla rəqabəti hiss edirsiz?

- Liderdirlər. Əsas bu cür komandalardan ehtiyat etmək lazımdır. Sakit öz işlərini görürlər. Buna sevinirəm, Elmar Baxşıyevə uğurlar arzulayıram, ciddi iş görülüb. Onların oyununu tam analiz etməyə hələ ki, vaxtım yoxdur. Amma mənim üçün çox maraqlıdır. Onlarla matça kimi yaxşı təhlil etməliyik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 Dekabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri