Qurban Qurbanov ona barmaq silkələdi Gecə həyatından əl çək, yoxsa…
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kevin Medinaya xəbərdarlıq edib.
Ölkə.az sportinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ondan şəxsi həyatına diqqət yetirməsini istəyib.
Bildirib ki, əgər o, gecə əyləncələrindən vaz keçməsə, əsas heyətə dönməyəcək.
Kolumbiyalı legioner 2020-ci ilin yayından bəri "atlılar"ın düşərgəsindədir. 32 yaşlı msüdafiəçinin müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.
"Tank" ləqəbli cənubi amerikalı xeyli müddətdir ilk «11-lik»də yerini itirib. O, "Sumqayıt"la Premyer Liqanın son matçında (2:0) da ehtiyatda qalıb.
Medinanın intizamsızlığı Qurbanovu belə sərt tədbir görməyə məcbur edib. Arxa xəttin mərkəz oyunçusu özəl həyatına diqqət yetirmədiyi üçün formadan düşüb.
Üstəgəl, tez-tez sarı və qırmızı vərəqə alır. Buna görə bir neçə dəfə cərimələnib.


