“Real” Lunini onunla əvəzləyəcək
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Real Madrid” qapıçısı Andrey Luninin əvəzedicisi kimi “Çelsi”nin 30 yaşlı qolkiperi Kepa Arrizabalaqanı heyətinə qatmaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbə yazır ki, ukraynalı qolkiper ona verilən oyun müddətindən narazı qaldığı üçün yayda İspaniya nəhəngini tərk etmək istəyir. Futbolçu artıq qərarı ilə bağlı “Real Madrid” rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, Arrizabalaqa 2023/2024 mövsümündə “Çelsi”dən icarə əsasında “kral klubu”nda çıxış edib.
Bu mövsüm isə ispaniyalı qolkiper icarə əsasında “Bornmut”da forma geyinir. Futbolçunun “Çelsi” iləmüqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalı Kepanın transfer qiymətini 11 milyon avro qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 02 May 2025 07:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















