Icma.az
close
up
RU
Rektor: BMU aqrar sahədə texnoloji təşəbbüslərə elmi dəstək verməyə hazırdır

Rektor: BMU aqrar sahədə texnoloji təşəbbüslərə elmi dəstək verməyə hazırdır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 may, AZƏRTAC

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib. Aqrar sahədə innovasiyaların təşviqi, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, eləcə də dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyan forumun növbəti panel sessiyası “Təhsil və sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsinə dair dialoq” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev çıxışında aqrar sahədə innovasiya, elmi tədqiqat və texnologiyaların ölkənin gələcək inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, kənd təsərrüfatına rəqəmsal texnologiyalar, süni intellekt, pilotsuz uçuş aparatları və digər müasir yanaşmalar tətbiq olunur və bu transformasiyanın mərkəzində universitetlər dayanır.

Rektor vurğulayıb ki, ali təhsil müəssisələri bilikləri real məhsul və xidmətlərə çevirərək iqtisadi dəyər yaradan əsas aktorlardır. BMU-da nəticəyönümlü təşəbbüslər irəli sürülür, universitetin nəzdində fəaliyyət göstərən Texnopark isə bu istiqamətdə geniş imkanlar təqdim edir. Burada aqrar texnologiyalar üzrə, o cümlədən aqrar təyinatlı dronlar, süni intellekt əsaslı tətbiqlər, məhsuldarlığın proqnozlaşdırılması və s. sahələrdə layihələr həyata keçirilir. Tələbə və tədqiqatçılara isə biznes modeli qurmaq, investisiya cəlb etmək və məhsulu bazara çıxarmaq bacarıqları aşılanır.

Çıxışda, həmçinin sənaye tərəfdaşları ilə qurulan strateji əlaqələr, birgə istehsal, texnologiya transferi və ixracyönümlü layihələrin əhəmiyyəti qeyd olunub. Nümunə olaraq, BMU-nun Türkiyənin “Sapmaz Havacılık” və Azərbaycanın “Technocare” şirkətləri ilə birlikdə həyata keçirəcəyi kənd təsərrüfatı dronlarının istehsalı layihəsi göstərilib. Bildirilib ki, bu layihədə BMU Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə akademik tərəfdaş qismində çıxış edəcək. Əməkdaşlıq nəticəsində elmi potensial və sənaye təcrübəsi birləşdirilərək bazar üçün real məhsul yaradılacaq.

Yaqub Piriyev çıxışının sonunda BMU-nun aqrar sahədə, xüsusilə texnoloji təşəbbüslərə elmi dəstək verməyə hazır olduğunu və tədqiqatların real həyata təsirinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində ali təhsil müəssisələrinin rektorları 18-ci Caspian Agro-2025 sərgisini ziyarət edib, aqrar startap müəllifi olan tələbələrlə görüşüblər. Sərgidə BMU tələbələrinin “Aqrar təyinatlı dron”, “Yaşıl texnologiya startapı – FOSIN”, “Smart Jilet” və “Avtomatik idarəetmə paneli” layihələri nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri