Icma.az
close
up
RU
Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə biləcəkmi? EKSPERT AÇIQLADI

Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə biləcəkmi? EKSPERT AÇIQLADI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar Elm və Təhsil Nazirliyinin müəllimlərin maaşlarının iş saatına əsasən hesablanması ilə bağlı apardığı müzakirələr ictimaiyyətdə geniş rezonans doğurub. Bu qərarın əsas məqsədinin repetitorluq fəaliyyətini məhdudlaşdırmaq olduğu düşünülür. Lakin müəllimlərin dərs saatından sonra şagirdlərlə məşğul olması hələ də mümkün olacaq. Bəs bu dəyişiklik hazırlıq kurslarına və repetitorluğa necə təsir edəcək? Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə biləcəkmi? Bu qərar şagirdlərin hazırlıq kurslarına marağını artıracaq? Sizcə, hazırlıq kursları bu vəziyyətdən faydalanacaq, yoxsa çətinlik çəkəcək?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, müəllim gün ərzində 8 saatını məktəbdə keçirirsə, o zaman həmin şagirdləri məktəbdə əlavə məşğələlərə cəlb etmək imkanı da yaranır:

"Sadəcə, bu təkliflə bağlı cəmiyyətdə müəyyən rezonans və fikir ayrılığı formalaşıb. Bəzi insanlar hesab edirlər ki, müəllimlər onsuz da məktəbdə kifayət qədər yüklənirlər və əlavə məşğələlər onların iş rejimini ağırlaşdıra bilər. Digərləri isə düşünürlər ki, bu addım repetitorluq fəaliyyətini daha şəffaf və nəzarət olunan bir müstəviyə gətirəcək. Hazırda bu məsələ Milli Məclisdə yalnız təklif səviyyəsində müzakirə olunur və hələlik onunla bağlı konkret qərar qəbul edilməyib. Əgər təklif qəbul olunsa, çox güman ki, repetitor kimi fəaliyyət göstərən müəllimlər məktəbdə tam ştat deyil, yarım ştat işləməyi seçəcəklər. Beləliklə, onlar həm məktəbdə rəsmi dərslərini keçir, həm də özəl tədris mərkəzlərində və ya kurslarda fəaliyyətlərini davam etdirə biləcəklər.

Düşünürəm ki, bu dəyişikliklərin həyata keçirilməsi halında, tədris kurslarının rolu və əhəmiyyəti daha da artacaq. Çünki repetitor müəllimlərin bir hissəsi öz fəaliyyətini məhz bu kurslar vasitəsilə quracaq. Kurslar isə həm şagirdlər üçün əlavə hazırlıq mühitinə çevriləcək, həm də təhsil sistemində qeyri-formal tədrisin keyfiyyətinə təsir göstərəcək. Nəticə etibarilə, bu məsələnin necə tənzimlənəcəyi və praktikada hansı nəticələrə gətirib çıxaracağı gələcəkdə qəbul olunacaq qərardan asılı olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri