Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Resursların səmərəli idarə olunması: su təhlükəsizliyini təmin edən mühüm faktor

Resursların səmərəli idarə olunması: su təhlükəsizliyini təmin edən mühüm faktor

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə bir daha göstərir ki, son illər ərzində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri artıq yeni mərhələyə keçidi mümkün edib. Ötən dövrdə qəbul olunmuş ardıcıl regional proqramlar nəticəsində təkmil infrastruktur formalaşdırılıb və dövlət siyasəti fundamental məsələlərin həllindən daha mürəkkəb, uzunmüddətli çağırışlara yönəlib.

Son illərdə həm paytaxtda, həm də bölgələrdə elektrik enerjisi, qaz, yol və kommunal təsərrüfat sahələrində əsas boşluqlar aradan qaldırılıb. Elektrik enerjisi ilə təminat tam əhatəli xarakter alıb, generasiya gücləri daxili tələbatı üstələyib və artıq ixrac imkanları formalaşıb. Vaxtilə mövcud olan enerji qıtlığı, idxaldan asılılıq və şəbəkə məsələləri sistemli yanaşma nəticəsində mərhələli şəkildə aradan qaldırılıb. Yarımstansiyalar, ötürücü xətlər və paylayıcı şəbəkə mərkəzləşdirilmiş sistem əsasında qurulub. Nəticədə enerji sahəsi artıq risk zonası deyil, strateji üstünlük kimi çıxış edir.
Əhalinin 96 faizinin təbii qazla təmin edilməsi sosial rifah baxımından mühüm göstəricidir. Vaxtilə daxili tələbatı ödəməyən qaz infrastrukturu bu gün region miqyasında enerji təhlükəsizliyinə töhfə verən amilə çevrilib. Eyni zamanda avtomobil yollarının inşası geniş vüsət alıb. Magistral, şəhərlərarası və kənd yolları vahid şəbəkə üzrə inkişaf etdirilir. Azad edilmiş ərazilərdə isə enerji, yol, su və qaz layihələri paralel icra olunaraq həmin ərazilərin ümumi infrastruktur sisteminə inteqrasiyasını təmin edir.
Son iyirmi il ərzində içməli su və suvarma layihələri prioritet istiqamətlərdən biri olub. 4 böyük su anbarının inşası ilə 500 milyon kubmetrdən artıq ehtiyat formalaşdırılıb. Xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” su anbarları Bakının və qərb zonasının su təminatında həlledici rol oynayıb. “Ceyranbatan” su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların istifadəyə verilməsi paytaxt üçün strateji əhəmiyyət daşıyır.
Azad edilmiş ərazilərdə dağıdılmış su təsərrüfatı obyektlərinin bərpası da diqqət mərkəzindədir. “Sərsəng”, “Suqovuşan”, “Köndələnçay”, “Xaçınçay”, “Zabuxçay” su anbarlarının yenidən qurulması kənd təsərrüfatı və əhalinin su təminatı baxımından yeni imkanlar yaradıb. “Həkəriçay” və “Bərgüşadçay” üzrə planlaşdırılan layihələr isə bu xəttin davamıdır.
Su mənbələrinin mühüm hissəsinin milli ərazidə formalaşması ciddi üstünlük yaradır. Bununla yanaşı, Kür, Araz və Samur kimi transsərhəd çaylar regional amillərin diqqətlə nəzərə alınmasını zəruri edir. Bu reallıq su təsərrüfatının təkcə texniki deyil, strateji və qabaqlayıcı planlama üzərində qurulmasını tələb edir. İqlim dəyişiklikləri fonunda bu məsələ daha da aktuallaşır. Qlobal miqyasda müşahidə olunan quraqlıqlar, qeyri-sabit yağıntı rejimi və su ehtiyatlarının azalması vaxtında atılmış addımların əhəmiyyətini aydın göstərir.
Paytaxt və Abşeron yarımadasında su təminatı uzun illər ərzində mühüm məsələ olaraq qalırdı. Mövcud layihələr müəyyən nəticələr versə də, əhalinin sıxlığı və sənaye yükü bu sahədə daha genişmiqyaslı yanaşmanı zəruri edib. Məhz bu səbəbdən 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması qərara alınıb. Proqramın əsas məqsədi Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt və Abşeron rayonu üzrə dayanıqlı içməli su təminatına nail olmaqdır. Sənədin on illik dövrü əhatə etməsi işlərin mərhələli, keyfiyyətli və nəzarətli şəkildə icrasına imkan yaradır. Dövlətimizin başçısı sözügedən müşavirədəki çıxışında bildirib ki, proqram çox genişdir, çox konkretdir: “Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır. Tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır”.
Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikintisi nəzərdə tutulur. Sayğaclaşdırmanın 100 faizə çatdırılması isə mühüm önəm kəsb edir. Hazırda fasiləsiz su ilə təmin olunan əhalinin payı 70 faizdirsə, proqramın icrası ilə bu göstərici 95 faizə yüksələcək. Ən ciddi amillərdən biri olan itkilər məsələsi xüsusi vurğulanır. Mövcud şəbəkədə itkilərin 40–45 faiz səviyyəsində olması resursların səmərəsiz istifadəsinə səbəb olur. Proqramın əsas hədəflərindən biri bu göstəricinin kəskin şəkildə aşağı salınmasıdır.
Kanalizasiya xidmətlərinin əhatə dairəsi hazırda 50 faiz təşkil edir. Proqramın icrası ilə həmin göstərici 95 faizə çatdırılmalıdır. Leysan yağışları zamanı yaranan problemlərin qarşısını almaq üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkələrinin qurulması nəzərdə tutulur. Bu addım şəhər infrastrukturunda preventiv yanaşmanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Xəzər dənizinə buraxılan suların tam təmizlənməsi ekoloji təhlükəsizlik baxımından əsas prioritetlərdən biridir. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi bu istiqamətdə atılan əsas addımlardandır.
Abşeron yarımadası üçün nəzərdə tutulan duzsuzlaşdırma zavodu su siyasətində yeni mərhələ təşkil edir. Layihənin xarici investisiyalar hesabına reallaşdırılması əlavə maliyyə yükü yaratmadan su balansını gücləndirir. Altıncı mənbə kimi bu zavod mövcud sistemin dayanıqlığını artıracaq. Samur–Abşeron kanalı və Oğuz–Qəbələ–Bakı su kəməri üzrə görülmüş işlər isə paytaxtın uzunmüddətli su təminatında həlledici rol oynayır.
Rəqəmsal nəzarət, itkilərin azaldılması, alternativ mənbələrin yaradılması və ictimai nəzarət mexanizmləri 2026–2035-ci illər üçün Dövlət Proqramını əvvəlki mərhələlərdən fərqləndirən əsas cəhətlərdir. Bu yanaşma Bakı və Abşeron üçün uzunmüddətli sabitliyin təmin olunmasını və su resurslarının strateji qorunmasını hədəfləyir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see192

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see172

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see150

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see148

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see148

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see141

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri