Icma.az
close
up
RU
Risk edin, pul qazanacaqsınız Günün qoroskopu

Risk edin, pul qazanacaqsınız Günün qoroskopu

News24 saytına istinadən Icma.az xəbər verir.

News24.az 26 dekarb üçün bürc proqnozlarını təqdim edir:

Qoç

Bugün maddi məsələlərdə sürətli qərarlar qəbul edəcəksən. Risk etməkdən çəkinməyəcək, uğur əldə etmək üçün qətiyyətlə irəliləyəcəksən. Aldığın risklərin səmərəsini diqqətlə qiymətləndirmək vacibdir. Əgər uzunmüddətli düşünərək maliyyə məsələlərində ağıllı addımlar atsan, uğur sənin olacaq. Şəxsi münasibətlərin də bu enerjidən təsirlənə bilər.

Buğa

Bugün düşüncələrin genişlənəcək və yaradıcı ideyaların diqqət çəkəcək. Ancaq dediklərinə diqqət yetirmək və sirrlərini qorumaq vacibdir. Hüquqi məsələlərdə diqqətli davranmalı, emosional reaksiyaları idarə etməyə çalışmalısan. Yaradıcı düşüncələrin və yeni fikirlərin uzunmüddətli uğurlar vəd edir. İşlərində qərarlarını maliyyə mövzularına yönəltmək faydalı olacaq.

Əkizlər

Bugün fikirlərində qarışıqlıq yaşaya bilərsən. Gündəlik işlərində bəzi axsama və qərarsızlıqla üzləşmək ehtimalın var. Vacib qərarları təxirə salmaq və ailə ilə vaxt keçirmək daha yaxşı seçim ola bilər. Ailə məsələlərində qətiyyətli addımlar ataraq işlərə nəzarəti ələ ala bilərsən. Ailə üzvlərinə dəstək olmaq üçün fürsətlərdən istifadə et.

Xərçəng

Bugün özünü ifadə etməkdə açıq və qətiyyətli olacaqsan. İstədiklərini dilə gətirərək münasibətlərində daha sağlam bir zəmin yarada bilərsən. Uzunmüddətli planlar quraraq iş və şəxsi həyatında tarazlıq yaratmağa çalış. İş mühitində doğru ünsiyyət qurmaq və bacarıqlarını nümayiş etdirmək üçün yaxşı imkanlar yaranacaq.

Şir

Bugün sosial çevrəndə diqqət mərkəzində olacaqsan. Yaradıcı fikirlərin və təsirli çıxışlarınla gözlədiyin mükafatları əldə edə bilərsən. Topluluq qarşısında çıxış etmək, əhəmiyyətli razılaşmalar imzalamaq və ticari məsələlərdə aktiv olmaq üçün əlverişli gündür. Liderlik xüsusiyyətlərin bu gün daha çox önə çıxacaq.

Qız

Bugün kiçik addımlarla irəliləməyi üstün tutacaqsan. Risk almaq və analitik düşüncənlə səhvləri minimuma endirmək sənə uğur gətirəcək. İkili münasibətlərdə açıq olmaq, istədiklərini ifadə etmək münasibətlərinə müsbət təsir göstərəcək. İş həyatında sürətli qərarlarla inkişaf əldə edə bilərsən.

Tərəzi

Bugün şəxsi inkişafına diqqət yetirəcək və biliklərini artırmağa çalışacaqsan. Bəzən özünü yetərsiz hiss etsən də, potensialına fokuslanaraq bu hissi dəf edə bilərsən. Təhsil və səyahət planları həyatına yeni bir rəng qata bilər. Uzaqgörən davranaraq həm özünə, həm də yaxınlarına faydalı ola biləcəksən.

Əqrəb

Bugün daha realist yanaşmalarla qərarlar qəbul edə bilərsən. Həyatındakı bəzi problemlər sona çatacaq və daha rahat bir dövrə qədəm qoyacaqsan. Maliyyə məsələlərində ağıllı yanaşmalar sənə üstünlük qazandıracaq. İş həyatında diqqətli addımlar ataraq uğur qazanmağa fokuslanmalısan.

Oxatan

Bugün emosiyaların çox güclü şəkildə ön plana çıxa bilər. Həm sevinclərini, həm də narazılıqlarını açıq şəkildə ifadə edəcəksən. İş həyatında münasibətlərini rəsmi çərçivədə saxlamağa çalış. Şəxsi həyatında isə bəzi problemlərin sonlanmasıyla daha rahat bir mühit yarana bilər.

Oğlaq

Bugün bəzi işlərdə sürətli qərar vermək zərurəti yaranacaq. İş mühitində yaranan çətinliklərə analitik yanaşaraq hər kəsin etimadını qazana bilərsən. Zəkan və təşkilatçılıq qabiliyyətin sayəsində problemləri həll edə biləcəksən. Yarışdan qalib çıxmaq üçün aktiv və qətiyyətli davranmalısan.

Dolça

Bugün planlarını həyata keçirmək üçün çoxsaylı insanlarla ünsiyyətdə olacaqsan. İş həyatında riskləri ölçərək qərarlar qəbul etmək sənə fayda gətirəcək. Ailə və münasibətlərdə isə həqiqət axtarışına fokuslana bilərsən. Səmimi və dürüst ünsiyyət əlaqələrində tarazlıq yaradacaq.

Balıqlar

Bugün xəyalpərəstliyin sayəsində gözlənilməz uğurlar qazana bilərsən. Düşüncələrində tarazlığı qoruyaraq həm iş, həm də şəxsi həyatında irəliləyiş əldə edəcəksən. Öz iç səsinə qulaq asaraq düzgün qərarlar verə bilərsən. Qarşıya çıxan fürsətləri düzgün dəyərləndirməklə gələcəkdəki uğurlarını təmin edəcəksən./milli.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri