“Roma” yeni baş məşqçisini SEÇDİ
Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Roma” baş məşqçi postunu tapşıracağı yeni mütəxəssisi tapıb.
Bizim.Media xəbər verir ki, tezliklə bu vəzifə Roberto Mançiniyə tapşırıla bilər.
Qərar yaxın günlərdə veriləcək. Bu mövsüm Daniele de Rossini İvan Yuriçlə əvəz edən paytaxt klubu dünən onunla da yolları ayırdı. 13 xalla A Seriyasında 12-ci pillədə olan təcrübəli mütəxəssis fəaliyyətinin 2-ci ayı tamam olmadan istefaya göndərildi.
Qeyd edək ki, Mançini bir müddət öncə Səudiyyə Ərəbistanı millisindən qovulub. İtaliya yığmasının sabiq baş məşqçisi daha əvvəl vətənində “Fiorentina”, “Latsio” və iki dəfə “İnter”i çalışdırıb.
“Mançester Siti”, “Zenit” və “Qalatasaray”da da işləmiş 59 yaşlı Roberto 6 ildən sonra klub futboluna qayıdır.
Bizim.Media
Baxış sayı:79
Bu xəbər 11 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















