Icma.az
close
up
RU
Piyada gəzməyin bu xeyri var

Piyada gəzməyin bu xeyri var

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Mütəxəssislər bildirirlər ki, gündə cəmi 30 dəqiqə piyada gəzmək həm fiziki, həm də psixoloji sağlamlıq üçün əhəmiyyətlidir.

Axşam.az xəbər verir ki, son araşdırmalar göstərir ki, müntəzəm yürüş xroniki xəstəliklərin riskini azaltmaqla yanaşı, əhval-ruhiyyəni yaxşılaşdırır və yuxu keyfiyyətini artırır.

Piyada gəzmək ürək-damar sistemini gücləndirən ən sadə və əlçatan fiziki fəaliyyət növlərindən biridir. Mütəmadi və tempolu yürüş qan dövranını yaxşılaşdıraraq ürəyin fəaliyyətini dəstəkləyir, yüksək təzyiq, ürək xəstəlikləri və insult riskini azaltmağa kömək edir. Həkimlər uzun saatlarla məşq etməyə ehtiyac olmadığını, gündə yarım saatlıq gəzintinin kifayət etdiyini vurğulayırlar.

Araşdırmalar göstərir ki, hətta 10 dəqiqəlik gəzinti belə insanın əhvalını yüksəldə bilər. Xüsusilə park və ya digər yaşıllıq ərazilərində edilən yürüşlər stressi azaltmağa və özünü daha rahat hiss etməyə kömək edir. Dost və ya ailə üzvü ilə birlikdə gəzmək isə bu müsbət təsiri daha da artırır.

Mütəxəssislərin sözlərinə görə, müntəzəm piyada gəzmək beyin fəaliyyətinə də müsbət təsir göstərir. Bu vərdiş diqqət, yaddaş və öyrənmə qabiliyyətini dəstəkləyir, yaş artdıqca yarana biləcək zehni geriləmə riskini azaltmağa kömək edir.

Yürüş zamanı oynaqlara həddindən artıq yük düşmədən əzələlər işləyir. Bu isə ayaq əzələlərinin güclənməsinə, tarazlığın yaxşılaşmasına və sümük sıxlığının qorunmasına şərait yaradır. Nəticədə yaşlı dövrlərdə yıxılma və sınıq riski azalır.

Bundan əlavə, gün ərzində fiziki aktiv olmaq gecə daha rahat yuxuya getməyə kömək edir. Müntəzəm piyada gəzən insanlar daha dərin və keyfiyyətli yuxu aldıqlarını bildirirlər. Hər gün edilən yürüşlər həm də kalori sərfiyyatını artıraraq maddələr mübadiləsini sürətləndirir və sağlam qidalanma ilə birlikdə arıqlama prosesinə dəstək olur.

Mütəxəssislər sağlam həyat tərzi üçün hər gün ən azı 30 dəqiqə piyada gəzməyi tövsiyə edirlər. Bu sadə vərdiş uzunmüddətli sağlamlığın qorunmasına mühüm töhfə verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://axsam.az
archiveBu xəbər 22 Noyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri