Roman Qriqorçuk: “Yuri Vernidub “Neftçi”yə daha yüksək yerlərə qalxmağa kömək edə bilər”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Ukraynalı tanınmış mütəxəssis Roman Qriqorçuk “Neftçi”nin yeni baş məşqçisi olacaq Yuri Vernidub haqqında danışıb.
60 yaşlı mütəxəssis Bakı klubuna təyin olunacaq həmyerlisi barədə fikirlərini AZƏRTAC-la bölüşüb.
Qriqorçuk həmyerlisi Yuri Vernidubun çox güclü və yüksəkixtisaslı məşqçi olduğunu söyləyib.
“Yuri Vernidub “Neftçi”yə daha yüksək pillələrə qalxmağa kömək edə bilər. Mən həm “Neftçi”yə, həm də Verniduba çempionatda və avrokuboklarda yüksək nəticələr əldə etmələrini arzulayıram”, - deyə mütəxəssis əlavə edib.
Misli Premyer Liqasında XIV turdan sonra 16 xalla 8-ci yerdə qərarlaşan “Neftçi” yaxın zamanda ukraynalı çalışdırıcı ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Roman Qriqorçuk vaxtilə Azərbaycanda “Qəbələ” və “Neftçi” komandalarını çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















