Rubionun İrəvan səfəri: Strateji əməkdaşlıq dərinləşə bilər?
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
ABŞ dövlət katibi Marko Rubio bu gün Ermənistanda səfərdə olacaq.
Bakupost.az xəbər verir ki, Rubio səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Görüş fonunda tərəflər arasında anlaşma memorandumu da imzalanacaq.
Lakin Dövlət Departamenti imzalanacaq memorandumun məzmununu açıqlamayıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a bildirib ki, Rubionun səfərində əsas məqsəd Paşinyana dəstək verməkdir:
“Rubionun Ermənistana gəlişinin əsas səbəbi iyunun 7-də olacaq seçkilərdə Paşinyana dəstək nümayişidir”.
Anlaşma memorandumunun məzmununa gəldikdə, həmsöhbətimiz hesab edir ki, burada İrəvanla Vaşinqton arasında strateji əməkdaşlığn daha da dərinləşməsinə hesablanmış bir sıra bəndlər yer ala bilər:
“Rusiya sazişlərə uyğun olaraq Ermənistanın rəsmi təhlükəsizliyini təmin edən ölkədir. Amma hazırda bir çox səbəblərdən Rusiyanın bu və ya digər şəkildə Ermənistandan çəkilməsi prosesi baş verir. Bu da ilk növbədə artıq Rusiyanın strateji imkanlarının tükənməsilə bağlıdır. Onun əvəzləmək üçün də ABŞ regionda müxtəlif addımlar atır. Bu əsasda imzalanacaq anlaşma memorandumunda ABŞ ilə Ermənistan arasında strateji əməkdaşlığn daha da dərinləşməsi barədə hansısa bəndlərin olacağını da istisna etmirəm”.
Rüfət Sultan, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 26 May 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















