Icma.az
close
up
RU
“Rus bölməsini bağlamaq istəyiriksə, fransız, ingilis, ərəb fars bölməsini də bağlayaq” Bəhram Bağırzadə

“Rus bölməsini bağlamaq istəyiriksə, fransız, ingilis, ərəb fars bölməsini də bağlayaq” Bəhram Bağırzadə

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan məktəblərində rusdilli bölmələrin bağlanması mövzusu yenidən gündəmdədir. Son təyyarə qəzası olayı bu mövzunu yenidən aktuallaşdırdı. Sosial şəbəkələr və müəyyən kluarlarda rusdilli bölmələrin yığışdırılması məsələsi təkrar müzakirəyə çevrilib.
Çoxları “Rus bölmələri nəyə lazımdır? “Bizi sevməyən ölkənin dili niyə Azərbaycanda tədris olunsun?", “Hamı öz dilində oxumalıdır” kimi fikirlər səsləndirir.
Amma...
Neynəyəsən ki, coğrafiyada “qonşun pisdir, köç qurtar” deyimi keçərli deyil. O səbəbdən də ən düzünü diplomatik münasibətlər qarşısındakının dilini, felini öyrənməkdən başlayır.

Yəni “çox dil bilib çox insan” olmaqla hər yerdə təmsil olunmaq, mədəniyyətini, tarixini, qədimliyini dünyaya çatdıra bilmək, indiki məqamda məqsədlərinə çatmağın ən incə yoludur.
Kəsəsi, hansı dildə oxuyursan oxu, önəmli olan öz dilini, tarixini, keçmişini, mədəniyyətini mükəmməl bilmək, onu təbliğ etmək, tanıtmaq, sevdirməkdir!
Rusdilli bölmələrin bağlanmasını önəmli saymayan bütün tanınmış insanaların fikirləri təxminən bu səpkidədir. Onlardan biri məşhur "Bakılı oğlan", Azərbaycan aktyoru, şoumen, naşir, Əməkdar artist Bəhram Bağırzadədir.
Deyir, bilirəm, yenə bu fikirlərimə görə məni məzəmmət edəcəklər. Amma mən sözümü demədən dayana bilmərəm:
“Əslində mənə belə sual veriləndə çaşıb qalıram. Bizdə Elm və Təhsil Nazirliyi var. Orda alimlər oturub. Mən hardan bilə bilərəm ki, rus bölmələri bağlanmalıdır, ya yox?
Bunun üçün səlahiyyətli, elmli insanlar var. Bu suala əslində onlar cavab verməlidirlər. Onlara müraciət edin, olsun, ya olmasın. Amma mənim fikrimə gəlincə, şəxsən mən rus sektorunu bitirmişəm, valideynlərim Azərbaycan bölməsini bitirib. Övladlarımsa ingilis dilində oxuyur.
Amma biz heç vaxt yaddan çıxarmamışıq ki, azərbaycanlıyıq. Azərbaycan üçün çalışmışıq və çalışacağıq. Söhbət millətçilikdən gedirsə, vacib deyil hansı dildə oxuyursan. Əsas odur öz millətinə xeyir gətirə biləsən. Kimsə gedib Moskvada oxuyub, Kiyevdə oxuyub. Yaxud da Oksfordda oxuyub, ya da ingiliscə Vaşinqtonda təhsil alıb. Mənim nəyimə lazımdı, o hansı dildə oxuyub? Əsas odur yaxşı diplomat, yaxşı siyasətçi, yaxşı cərrah olsun. Lap elə futbolçu olsun. Azərbaycan yığmasında oynasın, qol vursun, bizi sevindirsin ki, Azərbaycan qalib gəldi.
Yaxud cərrahdır, gedib xaricdə oxuyub, qayıdıb bura və yaxşı tibb adamı kimi çalışsın. O, işini mükəmməl bilirsə, bacarıqlı, yüksək ixtisaslı həkimdirsə, bu xalqa xidmət göstərirsə, mənim nəyimə lazımdır o hansı dildə oxuyub? Yaxud Leninqradda oxuyan dünya şöhrətli rəssamlarımız var. Gedib o dildə oxuyublar. İndi nəinki Rusiyada, dünyada məşhurdular. O hansı dildə oxusa da, azərbaycanlı rəssam olaraq qalır. Əsərləri ilə ölkəmizə baş ucalığı gətirir, dünyada ölkəmi tanıtdırır”.
Bəhram Bağırzadə deyir ki, dil məsələsi onun üçün alətdir:
“İstifadə elə! Amma söhbət bizim dilimizi bilməsindən gedirsə, bəli, dilimizi bilməlidir! Azərbaycan ədəbiyyatını oxumalıdırmı? Oxumalıdır! Mütaliə eləməlidir, hətta azərbaycanca düşünməlidir. Mən rusca da oxuyanda, ingiliscə də oxuyanda azərbaycanca düşünürəm. Çünki rus, ingilis deyiləm.
Sadəcə, düşünürəm Tolstoyu, Dostayevskini rusca oxuyum, Şekspiri ingiliscə oxuyum və inşallah Allah nəsib eləsə, Qurani-Kərimi orijinalda oxuyum. Bunun nəyi pisdir ki? Biz əgər rus bölməsini bağlamaq istəyiriksə, onda fransız, ingilis, ərəb-fars bölmələrini  bağlayaq. Elə deyirlər rus bölmələrini bağlayaq?!
Onda gəlin, Azərbaycan bölməsini elə səviyyəyə qaldıraq ki, başqa dillərdə oxumağa ehtiyac qalmasın! Abbasilər dövründə onlar hakimiyyətə gələndə birinci yunan və Roma kitablarını, onların alimlərinin, filosoflarını əsərlərini ərəb dilinə tərcümə elədilər. Əgər bu gün buna hünərimiz çatırsa, bütün dünya ədəbiyyatını, peşə kitablarını ana dilimizə tərcümə edək. Deyək, onun kağız forması da var, elektron versiyası da və digər dil bizə lazım deyil.  Biz əgər bu boyda yolu keçə bilsək, razıyam, bağlayaq”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri