Rusiya elitasına qarşı elit məhsullar qadağası Yeni sanksiya paketində nələr var?
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketi fevralın 24-nə qədər razılaşdırıla bilər.
Bu barədə "Euractiv" portalının məlumatında qeyd olunub ki, Finlandiya və İsveç Avropa Komissiyasını Rusiyaya lüks malların ixracına daha sərt qadağa tətbiqinə, Rusiyanın neft tankerlərinə xidmət göstərilməsini qeyri-qanuni elan etməyə və Rusiya gübrələrinin idxalına Aİ kvotalarını azaltmağa çağırıb. Hazırda dəyəri 300 avrodan yuxarı olan lüks əşyaların ixracına qadağa tətbiq olunur.
Lakin portal onu da bildirib ki, bir çox belə malların Rusiyada satışının həyata keçirildiyi sxemlər mövcuddur.
Mövzu ilə bağlı Oxu.Az-a danışan ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, lüks əşyalara bağlı sanksiyalar birbaşa müharibəyə təsir edəcək tədbirlərdən deyil. Bu, təcavüzkar ölkənin digər dövlətlərdən sivilizasiyanın nemətlərini ələ keçirmək imkanlarının ədalətli şəkildə məhdudlaşdırılmasından ibarətdir:
"Buraya Rusiyada istehsal olunmayan, Qərb istehsalçılarının və brendlərinin təqdim etdiyi lüks əşyalar daxildir. Bu yanaşma Rusiyanın "arzuolunmaz" ölkə statusunu bir daha nümayiş etdirir. Belə ki, bu ölkədə hətta yüksək gəlirə malik biznesmenlər, oliqarxlar və siyasətçilər də özlərini, ailələrini və yaxınlarını müəyyən səviyyədən yuxarı olan lüks məhsullarla təmin etmək imkanından məhrum olurlar. Belə malları əldə etməyin yeganə yolu qaçaqmalçılıqdır. Bu fakt bir daha sübut edir ki, onlar cinayətkar, təcrid olunmuş ölkədə yaşayırlar. Söhbət təkcə hərbi-sənaye kompleksindən, hərbi cinayətkarlardan və istehsal gücündən getmir".
"Belə sanksiyalar ilk növbədə Rusiyanın beynəlxalq aləmdəki mövqeyini göstərmək baxımından mənəvi-psixoloji xarakter daşıyır. Mövcud sanksiyaların sayını nəzərə aldıqda, Rusiyanın hazırkı yeri "autsayderlər" sırasındadır. Eyni zamanda bu, ölkə daxilində mədəniyyətin deqradasiyasını göstərir. Rusiya artıq Qərb tendensiyalarına yönələ, onları təqlid və ya təkrar edə bilmir. Bu isə onun keçmişin, hətta orta əsrlərin səviyyəsində ilişib qaldığını nümayiş etdirir. Rusiya qeyri-sivil davranışları, xüsusilə Ukraynaya qarşı hərbi təcavüzü fonunda elə sanksiyalara məruz qalıb ki, bu, ölkəni sanki feodal quruluşuna qaytarıb" - deyə, Kovalenko vurğulayb.
Ukraynalı müsahib onu da əlavə edib ki, bu tip sanksiyaların əsas məqsədi sadalananlara görədir:
"Əgər bu tətbiq olunarsa, ilk növbədə Rusiya elitasına ciddi mənəvi-psixoloji zərbə olacaq. Qaçaqmalçılıq yolu ilə əldə olunan məhsullar isə daha baha başa gəlir".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 14 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















