Icma.az
close
up
RU
Rusiya nazirinin səs küylü Bakı səfəri Kurenkovun əsas missiyası nə idi?

Rusiya nazirinin səs küylü Bakı səfəri Kurenkovun əsas missiyası nə idi?

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov Bakıya səfər edib. Rəsmi məlumata görə, səfərin məqsədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcra Şurasının iclasında iştirakdır. İclasın əsas gündəm mövzusunun qurumun yeni baş katibinin seçilməsi olduğu bildirilib.

Bununla yanaşı, rusiyalı nazirin səfər çərçivəsində Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcəyi də açıqlanıb. Lakin bəzi rus "Telegram" kanalları səfərin pərdəarxası məqsədlərinin də ola biləcəyini iddia edir. Həmin iddialara görə, Kurenkovun səfəri yalnız beynəlxalq tədbirlə məhdudlaşmır – əsas məqsəd Rusiya-Azərbaycan münasibətlərində son vaxtlar müşahidə edilən gərginliyi aradan qaldırmaq üçün qeyri-rəsmi danışıqlar aparmaqdır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli News24.az-a bildirib ki, istənilən beynəlxalq tədbirin keçirildiyi ölkə tərəfindən iştirakçı nümayəndələrin qarşılanması protokol və diplomatik nəzakət qaydalarına uyğun həyata keçirilir:

“Protokola uyğun olaraq, hansı ölkənin ərazisində beynəlxalq təşkilatın tədbiri keçirilirsə, həmin ölkənin müvafiq qurumları ora gələn yüksək rütbəli nümayəndələri qəbul edir. Bu, elementar diplomatik nəzakətdir. Əgər Rusiya mediası nəzakət anlayışını unudubsa belə, ən azı protokol qaydalarını bilməlidir".

Elçin Mirzəbəyli, eyni zamanda, Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyə də toxunaraq bildirib ki, bu münasibətlərin pisləşməsinə səbəb olan əsas tərəf Rusiyadır:

“İki ölkə arasında yaranmış gərginlik Rusiyanın məsuliyyətsiz davranışlarından qaynaqlanır. Bütün bunlar Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında vurulması ilə başladı. Ardınca isə Rusiya mediasında və Dövlət Dumasında Azərbaycan əleyhinə səsləndirilən əsassız hədələr vəziyyəti daha da gərginləşdirdi. Bu kimi qeyri-dost addımlar etimadı zədələyən əsas səbəblərdəndir".

Deputat əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında imzalanan sənədlər birgə beynəlxalq və regional təşkilatlarda əməkdaşlığı nəzərdə tutur və rəsmi Bakı bu öhdəliklərdən yayınmayıb. Lakin ikitərəfli münasibətlərdə yaranmış problemin aradan qaldırılması üçün təşəbbüs göstərməli olan tərəf məhz Rusiyadır:

“Etimadın bərpası üçün ilk addımı atmalı olan Moskva olmalıdır. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər isə bu günə qədər Rusiyanın Azərbaycana qarşı atdığı yanlış addımları ört-basdır edə bilməz”.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 İyul 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri