Rusiya ukraynalı hərbi əsirlərdən döyüş bölmələri formalaşdırır MTİ
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (MTİ) yaydığı məlumata görə, bu, Hərbi Əsirlərlə Rəftar haqqında Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.
MTİ bildirir ki, avqustun 6-da Rusiya Müdafiə Nazirliyinin Könüllülər Korpusu "Spetsnaz" adlı ilk ukraynalı könüllü briqadasının yaradıldığını elan edib. Rusiya tərəfinin iddiasına görə, briqadanın tərkibinə ukraynalı hərbi əsirlər və guya Rusiya tərəfinə keçmiş sabiq Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri daxil edilib.
Analitiklərin məlumatına əsasən, yeni briqada Maksim Krivonos və Aleksey Berest adına batalyonların, həmçinin Aleksandr Matrosov, Martin Puşkar və Slobodskoy adına dəstələrin birləşdirilməsi nəticəsində formalaşdırılıb. Bildirilir ki, bu bölmələrin bir hissəsinin tərkibində ukraynalı hərbi əsirlər və ya Rusiya tərəfinə keçdiyi iddia olunan Ukrayna hərbçiləri xidmət edir.
Rusiyalı hərbi bloqerlərdən biri də yeni briqadanın əsasən ukraynalı hərbi əsirlərdən ibarət olduğunu yazıb. MTİ vurğulayır ki, hərbi əsirlərin döyüş əməliyyatlarına cəlb edilməsi beynəlxalq humanitar hüquqa əsasən müharibə cinayəti hesab oluna bilər.
İnstitut xatırladır ki, Rusiya tərəfindən ukraynalı hərbi əsirlərdən döyüş bölmələrinin yaradılması ilə bağlı ilk məlumatlar hələ 2022-ci ilin noyabrında qeydə alınıb. Son nümunələrdən biri isə 2023-cü ilin dekabrında Donetsk vilayətinin qərbində fəaliyyət göstərən və tərkibində ukraynalı hərbi əsirlərin olduğu "Boqdan Xmelnitski" batalyonudur. Həmin batalyon qondarma Donetsk Xalq Respublikasının Daxili İşlər Nazirliyinin "Kaskad" birləşməsinin tərkibində fəaliyyət göstərib.
Cenevrə Konvensiyası hərbi əsirlərin onları əsir götürən tərəfin silahlı qüvvələrinin tərkibində döyüşlərə cəlb edilməsini qadağan edir. Sənədə əsasən, hərbi əsirlər döyüş bölgələrində saxlanıla, atəş altında qala biləcəkləri ərazilərə göndərilə və ya sağlamlıq və həyat üçün təhlükəli işlərə məcbur edilə bilməz.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 07 Avqust 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















