Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

RUSİYANI DƏRİNDƏN VURAN TAKTİKA Ukraynaya Moskvanı sarsıtmaq üçün yeni imkanlar verilir

RUSİYANI DƏRİNDƏN VURAN TAKTİKA Ukraynaya Moskvanı sarsıtmaq üçün yeni imkanlar verilir

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müharibənin ilk günlərindən başlayaraq, ABŞ-nin Ukraynaya dəstəyi “kiçik dozalarla” verilməsəydi, əlbəttə ki, hazırda cəbhədə tamamilə başqa mənzərənin şahidi ola bilərdik. Hətta bəlkə də, müharibənin indiyə qədər çoxdan bitdiyini görərdik. Lakin müxtəlif bəhanələrlə silah və maliyyə yardımının gecikdirilməsi, cəbhədə vəziyyətə təsir edəcək güclü silahların verilməməsi, ya da çox gec verilməsi, Ukaryna ordusuna məhdudiyyətlər qoyulması və s. addımlar ABŞ Prezidenti Co Bayden - “yuxulu Co” başda olmaqla, Qərbin ikibaşlı oyun oynamasının açıq göstəricisi idi. Elə son zamanlara qədər də eyni taktika davam etdirilib və ABŞ-də adminstrasiya dəyişikliyinin olmasına baxmayaraq, ümumi mənzərə dəyişməyib.

Lakin son günlər bu məsələdə müəyyən irəliləyiş nəzərə çarpmağa başlayıb. Bu, Rusiyanın dərinliklərinə, xüsusilə də neftayırma zavodlarına zərbələr endirilməsində özünü göstərməyə başlayıb. Xatırladaq ki, Bayden administrasiyası rəsmən və kəskin şəkildə bunun əleyhinə çıxış edirdi. Guya bu zərbələrin dünya bazarında neftin qiymətinə mənfi təsir edəcəyini, enerjidaşıyıcılarının bahalaşacağını arqument kimi gətiridi. Bunun cəfəngiyyat olduğunu Ukraynanın son hücumlarının nəticələri açıq şəkildə göstərir. Mütəxəssislərin hesablamalarına görə, Rusiya neft emalı potensialının artıq 20 faizə yaxını Ukraynanın PUA və raket hücumları nəticəsində sıradan çıxarılıb. Ancaq bu, yalnız Rusiyanın özündə yanacaq böhranına, o cümlədən işğalçı qoşunun yanacaq təminatında ciddi problemlərə səbəb olub. Dünya bazarında isə hər hansı təlatüm yaratmayıb.

Belə görünür ki, Ukrayna artıq Rusiyanın dərinliklərinə zərbə endirərkən ABŞ tərəfə boylanmır. Və bu zərbələr yalnız PUA-larla deyil, raketlərlə də endirilir. Volodimir Zelenskinin özü son çıxışlarının birində artıq Rusiya dərinliklərini vurarkən kimdənsə razılıq almaq dövrünün geridə qaldığını açıq bəyan etdi və bunu onunla əlaqələndirdi ki, artıq Ukrayna bunu öz silahları ilə edə bilir. Ona görə də kimsədən icazə almağa ehtiyac yoxdur. Xüsusilə də “Flaminqo” adlı 3000 kilometrədək məsafəni vura bilən Ukrayna raketinin ərsəyə gətirilməsindən sonra Kiyevin əl-qolunun daha da açıldığı görünür.

Onu da əlavə edək ki, mütəxəssislərin fikrincə, sözügedən raket ABŞ-nin “Tomoqavk” raketinin prototipidir və onun tərkibi də məhz Qərbdən alınan komponentlər hesabına formalaşıb. Sadəcə, adı “Tomoqavk” yox, “Flaminqo” qoyularaq, onun Ukraynaya aid olduğuna dair fon yaradılıb…

Qeyd edək ki, Ukraynaya Rusiyanın dərinliyini vurmağa Tramp tərəfindən “yaşıl işıq” yandırıldığını ABŞ-də də etiraf edirlər. Məsələn, ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker “Fox News”-a açıq şəkildə deyib ki, Tramp administrasiyası Ukraynaya Rusiya ərazisinə “daha dərin zərbələr” endirmək imkanı verir və ona hərbi dəstəyi artırır. 

O qeyd edib ki, bir milyard dollar dəyərində yeni silah partiyası artıq Ukraynaya göndərilir. Bundan əlavə, Vaşinqton hər ay NATO müttəfiqlərinin hesabına Kiyevə bir milyard dollara yaxın silah-sursat verir: "Prezident Tramp ilk növbədə Ukraynanın özünü müdafiə edə bilməsinin qayğısına qalır. Ukraynanın zərbə potensialının gücləndirilməsi isə həm də onun hücum xarakterli hərəkətlərinə kömək edəcək".

Diplomat qeyd edib ki, Tramp hərbi yardımla paralel olaraq Kremllə pərdəarxası danışıqlar aparır və Rusiyaya iqtisadi təzyiqləri davam etdirir. Onun fikrincə, bu strategiya Bayden administrasiyasının əvvəlki hərəkətlərindən əhəmiyyətli dərəcədə fərqlənir: "Prezident Tramp malik olduğu bütün kartları bilir. Amma o, həm də başa düşür ki, Vladimir Putini, eləcə də Zelenskini masa arxasında saxlamalıdır. Nəticə dərhal olacaqmı? Yəqin ki, yox. Amma proses gedir, tərəflər əlaqə saxlayır. Bu da yaxşıdır".

Göründüyü kimi, Uitakerin də əsas diqqət verdiyi məqam odur ki, ABŞ Ukraynaya Baydenin dövründə olmayan "Rusiyaya daha dərin zərbələr endirmək imkanı" verir.

Qeyd edək ki, bu günlərdə ABŞ Dövlət Departamenti Ukraynaya ümumilikdə 825 milyon dollar dəyərində 3350 ədəd ERAM uzun mənzilli havadan buraxılan qanadlı raketlərin satışını təsdiqləyib. Bu, döyüş meydanında və ümumilikdə hərbi qarşıdurmada vəziyyətə təsir edə biləcək silahdır…

Belə görünür ki, Tramp gündə bir bəhanə ilə müharibəni dayandırmaqdan yayınan Rusiyanı yalnız diplomatik yolla dayandırmağın mümkünsüzlüyünü görərək, hərbi təzyiqi artırır. Putin Rusiyasını bu yolla sülhə məcbur etmək alınacaqmı? Alınması üçün Tramp başda olmaqla, Qərb liderlərinin doğrudan da müharibənin bitməsində maraqlı olması lazımdır. Təbii ki, bu gedişlə müharibənin ədalətli şəkildə bitməsindən söhbət gedə bilməz. Çünki ədalət o zaman bərpa olunar ki, işğal olunmuş bütün torpaqlar azad edilər, işğalçı öz evinə qədər qovular, təzminat ödəyər və sair. Ancaq belə görünür ki, Qərbdə heç kim ədalət axtarışında və istəyində deyil…

Cəlal Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see195

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see155

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri