Icma.az
close
up
RU
Rusiyaya gedəcək azərbaycanlıların nəzərinə: 3 gün sonra...

Rusiyaya gedəcək azərbaycanlıların nəzərinə: 3 gün sonra...

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 30-dan etibarən Rusiyaya vizasız səfər edən əcnəbi vətəndaşlardan ölkəyə QR kodla daxil olmaları tələb olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, buraya Avrasiya İqtisadi Birliyinin (AİB) vətəndaşları da daxildir. Yeni proqram Rusiyaya gəlməzdən ən azı 72 saat əvvəl “Gosuslugi RuID” platformasında rəqəmsal qeydiyyat tələb edir. "GazetemRu"-da yer alan xəbərə görə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi vizasız ölkələrdən gələnlər girişdən əvvəl sistemdə qeydiyyatdan keçməlidirlər.

“Gosuslugi RuID” adlı bu platformaya şəxsi məlumatlar, səyahət məqsədi, marşrut, Rusiyada yaşayış ünvanı, pasport fotoşəkili və səyahət sənədləri yüklənir. Müraciət fövqəladə hallar (xəstəlik, yaxın qohumun ölümü və s.) istisna olmaqla, ölkəyə girişdən ən tez üç gün əvvəl edilməlidir.

Bununla belə, fövqəladə hallarda sistem vasitəsilə daxil olmadan dörd saat əvvəl qeydiyyatdan keçmək mümkündür. Ərizə təsdiqləndikdən sonra 90 gün ərzində qüvvədə olan QR kodu yaradılır. Bu kod sərhəd qapısında təqdim edilməlidir. İmmiqrasiya hüququ üzrə ekspert Anna Minuşkina bildirib ki, sistem avtomatik olaraq ölkəyə girişi qadağan edilən əcnəbilərin QR kodu almasına mane olacaq.

O qeyd edib ki, bu sistem sayəsində viza liberallaşmasına baxmayaraq, sərhəddə giriş qadağası ilə üzləşən əcnəbilər hava limanlarında çox gözləməli olmayacaq və deportasiya prosedurlarının qarşısı əvvəlcədən alına bilər. Lakin QR kodu əldə etmək ölkəyə girişə zəmanət vermir. Sərhəd zabitləri zərurət yaranarsa, yenə də əcnəbilərə girişi qadağan edə bilərlər. Bundan əlavə, girişdə biometrik yoxlamalar məcburi olacaq, üz fotoşəkilləri və barmaq izləri götürüləcək. Yalnız Belarus vətəndaşları, vizasız ölkələrin diplomatları və altı yaşından kiçik uşaqlar bundan azaddırlar. Altı yaşdan on səkkiz yaşa qədər olan uşaqlar ölkəyə yalnız valideynlərinin, övladlığa götürənlərinin və ya rəsmi qəyyumlarının müşayiəti ilə daxil ola biləcəklər.

Digər qohumlara onları müşayiət etmək hüququ verilməyəcək. Səyahət bildirişi tamamlandıqdan sonra ərizəçi üçün rəqəmsal QR kodu yaradılır. Bu kod sərhəd keçidində pasportla birlikdə təqdim edilməlidir. Sərhəd qapısında üz şəkli də çəkilir və barmaq izləri götürülür. Hazırda bu prosedurlar Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovskiy hava limanlarında və Qazaxıstan sərhədindəki Maştakovo buraxılış məntəqəsində tətbiq olunur. 30 iyun 2025-ci il tarixindən etibarən onlar bütün Rusiya sərhəd məntəqələrində etibarlı olacaq. Səlahiyyətlilər bildirirlər ki, yeni sistem miqrantların rəqəmsal profillərini yaradacaq, bu profillərə pasport məlumatları, biometrik məlumatlar, səyahətin məqsədi və müddəti daxildir. Bu məlumatlar həm sərhəd təhlükəsizliyi, həm məşğulluq və vergi yoxlamaları üçün istifadə olunacaq. “Kapital Kadry” insan resursları şirkətinin təsisçisi Aleksandr Selivanov sistemin miqrantların rəqəmsal profillərini yaratmaq məqsədi daşıdığını, bu məlumatların Daxili İşlər Nazirliyi və vergi orqanları tərəfindən də istifadə oluna biləcəyini vurğulayıb.

Selivanov onu da bildirib ki, bu tətbiq qeyri-leqal işçilərin aşkarlanmasına və qeyri-qanuni işlərin qarşısının alınmasına şərait yaradacaq. O əlavə edib ki, sistemə daxil olmaqda texniki problemlər ola bilər, rus dilini bilməyən miqrantlar qeydiyyat zamanı səhvlərə yol verə bilər və bu səbəbdən rəsmi sənədlərdə ciddi çaşqınlıq yaranır. Yeni tənzimləmə 2024-cü ilin dekabrında istifadəyə verilmiş biometrik nəzarət pilot tətbiqinin davamıdır. QR kod tətbiqi 30 iyun 2026-cı il tarixinə qədər davam edəcək eksperimental prosesin bir hissəsi olacaq. Həmin tarixə qədər tətbiqin daimi olub-olmayacağına qərar veriləcək. Viza və ya müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər bu rəqəmsal tətbiqdən azaddırlar, onların giriş prosedurları əvvəlki qaydada davam edəcək. 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri