Icma.az
close
up
RU
Sağlam dini anlayış necə formalaşmalıdır ?

Sağlam dini anlayış necə formalaşmalıdır ?

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Dindarların öz mövqeyi var və hər kəs bildiyi, öyrəndiyi 'sağlam mənbə' anlayışına əsaslanır. Müsəlmanlar üçün "Quran-ı Kərim", xristianlar üçün İncil, yəhudilər üçün Tövrat əsas sayılır. Hər kəs öz müqəddəs kitabına əsaslanaraq haqlı olmaq istəyir, lakin bu yanaşma sağlam dini anlayışa uyğun deyil".

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Din Xadimlərinin II Forumunun “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” panel iclasında iştirakçıların suallarını cavablandırarkən səsləndirib.

Deputat əlavə edib ki, müsəlman dünyasında düşüncə səviyyəsində islahatlara ehtiyac var: “Çox zaman kitabla dini ənənə bir-birinə zidd düşür. Sağlam yanaşma ondan ibarətdir ki, həm kitab, həm ənənə vacibdir, lakin ənənə heç zaman kitabın prinsiplərinə zidd olmamalıdır. Məsələn, Quranda 'dində zorakılıq yoxdur' prinsipi var. Bu prinsip qəbul olunarsa, zorla dini istiqamətə yönəltmək, uşaqlara dini inanc aşılamaq İslam prinsiplərinə uyğun deyil. İnsan dini inanclarını könüllü seçməlidir".

Fazil Mustafa vurğulayıb ki, dini anlayışları hüquqi və ideoloji tezislərlə qarışdırmaq olmaz: “Din inam və ibadətdir, inam isə şəxsi və daxili bir məsələdir. Əgər bu fərq qoyulmasa, din savaş vasitəsinə çevrilə bilər. Dinin düzgün qorunması və təbliği isə yalnız təhsil vasitəsilə mümkündür. Dövlətin vəzifəsi insanın şüurunda zorakı deyil, şüurlu və azad seçim imkanı yaradan mühit formalaşdırmaqdır".

Deputat qeyd edib ki, İlahiyyat İnstitutunda bu istiqamətdə aparılan araşdırmaların məqsədi sağlam dini yanaşmanın formalaşdırılmasıdır: “Əgər bir insan müsəlmandırsa, niyə başqa ad altında özünü təqdim etməlidir? Bu, təhlükəli meyil ola bilər və cəmiyyət bunu haqlı olaraq narahatlıqla qarşılayır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri