Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Şah və mat: Cənubi Qafqazın yeni tarixini kim yazır?

Şah və mat: Cənubi Qafqazın yeni tarixini kim yazır?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Rüstəm Qaraxanlı yazır...

Moskvanın Cənubi Qafqazla qarşıdurmasının Ermənistanla ön xətti erməni kilsəsindən, Azərbaycanla isə Rusiyadakı diasporumuzdan keçir. "Üçüncü Roma"da əldən çıxmış bu şahmat partiyasını son iki əsrin ənənəvi ssenarisi ilə oynamaqda israrlıdırlar. Yeni-köhnə Rusiyanın siyasi isteblişmentində hələ də ümid edirlər ki, Qriboyedovla Paskeviçin metodları XXI yüzillikdə də işlək ola bilər. Hər ikisinin ömürlərini necə başa vurduqları barədə tarixçəni isə Moskvada belə görünür ki, xatırlamaqda o qədər də həvəsli deyillər.

Bu mənzərə Kremlin bölgə dövlətlərini "parçala və hökmranlıq et" prinsipi ilə manipulyasiya rıçaqlarından məhrum olduğunun çılpaq göstəricisidir. İrəvanda Paşinyan hökuməti Rusiyadan göndərilən emisarların başlarını "uf" demədən kəsir, üzdə qriqoryan, pərdəarxasında isə rus pravoslav kilsəsinə xidmət edən erməni keşişlərini həbsə ataraq Moskvanı son alətlərindən məhrum edir. Bakı isə digər emissar - Azərbaycanın ərazi bütövlüyünə növbəti maneə kimi Qarabağa "ezam edilmiş" Ruben Vardanyanın məhkəməsini prinsipiallıqla davam etdirir.

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündən hasil olan ən vacib nəticə də elə budur ki, tərəflər Rusiyanın geosiyasi isterikası şəraitində belə vasitəçisiz keçinməyi bacarırlar. Nikol Paşinyanın bu görüşdən əvvəl Türkiyəyə etdiyi tarixi səfər və Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi, Moskvadan gələn təzyiq dalğalarının İrəvanı Bakı və Ankaranın ağuşuna daha sürətlə itələdiyini göstərir. Zəmanənin ən böyük lütfü də budur ki, Kremldə bunu ya anlamırlar, ya anlaya bilmirlər, ya da anlayırlar, ancaq əlacsızdırlar. Ona görə də acıqlarını etnik icmalardan, Azərbaycandan idxal edilən meyvə-tərəvəzdən və Ermənistandan gələn güllə konyakdan çıxırlar. İmperialist eqo öz rolunu oynamaqdadır, ancaq tarixin təkrarlanmaqla yanaşı, yenidən yazılmaq qaydası da var. Cənubi Qafqazın tarixini indi Azərbaycan qələmə alır.

Arxada qalan həftə Nikol Paşinyan etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünü 2022-ci ildən əvvəl tanımamaqla səhv ediblər. İlk baxışda düşünmək olar ki, Paşinyan bu etirafı vaxt itkisinin ölkəsini və xalqını daha da geri salması baxımından edir. Əslində isə belə deyil: erməni liderin fikrincə, Rusiya və onun orbitində dövr edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına həddindən ziyadə ümid ediblər, bunun əbəs olduğunu isə yalnız 2022-ci ildə başa düşüblər. Anlaşılan dilə tərcümə edəndə təqribən belə bir məna alınır: düşünürdük ki, Rusiya bizim əvəzimizə Azərbaycanla müharibə edəcək, ancaq yanıldıq. Paşinyan KTMT-dən kömək müqabilində "sizin Azərbaycanla sərhədiniz aydın deyil" cavabını aldıqdan sonra barmağını dişləməyə başlayıb: "Bizdə belə bir sual yarandı: "qırmızı xətt" haradan keçir? İndiyədək heç kim göstərməyib. Biz də özümüzə sual verməyə başladıq: KTMT üzrə tərəfdaşlarımız bizim ərazi bütövlüyümüzü tanıyırmı? Biz özümüz onu tanıyırıqmı?".

Erməni liderin bu etirafı Cənubi Qafqaza öz tarixi eynəyi ilə baxmaqda davam edən daha bir aktorun geosiyasi çabalarını alt-üst edir. Əgər Paşinyan öz ölkəsindəki "qırmızı xətt"in haradan keçdiyini başa düşə bilmirsə, İranın başqa dövlətin ərazisində çəkdiyi "qırmızı xətt"inin aqibəti necə olacaq? Əbu-Dabi görüşündən əvvəl Qərb mediasında Zəngəzur dəhlizinin ABŞ-nin özəl mühafizə şirkətlərindən birinin qoruyacağına dair xəbərin beynəlxalq ictimai tədavülə buraxılması, ardınca isə Vaşinqtonun Ankaradakı səfirinin bunu təsdiqləyənə bənzər açıqlama ilə çıxış etməsi, yuxarıdakı sualın hələlik ən aktual cavabıdır. Rəsmi Tehranın bu fonda ağzına su alıb oturması da bu geosiyasi tamaşanın başqa bir səhnəsidir: dövriyyədə olan məlumatlardan birinə görə, İrana dəhlizə perpendikulyar istiqamətdə öz dəmiryolunu çəkməyə icazə verilib ki, şimalla "əlaqəsiz qalma" qorxularını aşa bilsin. İsraillə 12 günlük müharibənin fəsadları öz işini görməkdədir. Qorxunun gözləri böyük olar...

Şotlandəsilli britaniyalı dövlət xadimi və hərbçi, general ser Kolin Kempbel 1853-56-cı illərdə Rusiya ilə Krım müharibəsinin döyüşlərindən birində rəhbərlik etdiyi 93 saylı alayın şəxsi heyətinə sıra düzülüşündə dəyişiklik etmək əmri verir. Qaydaya görə, döyüşdən əvvəl heyət dörd sıraya düzülməli idi. Kempbel onları bu dəfə iki sıraya düzür. Cəbhə xəttinin enini artırmaq məqsədilə. Britaniya ordusunda hərbi mundirlər qırmızı rəngdə olduğundan, bu mənzərə siyasi terminologiyaya "qırmızı xətt" kimi daxil olub. Düzdür, həmin döyüş baş vermir, çünki hücum əmri təxirə salınır, ancaq bu hadisə Britaniya tarixində özünü qurban verməyə hazırlıq və rəşadət simvolu kimi qiymətləndirilir.

İran rəsmilərinin tez-tez "qırmızı xətt" ifadəsini işlədərkən bu terminin tarixi barədə məlumatlı olub-olmadıqlarını heç kim bilmir. Ancaq gerçəklik, ələlxüsus da İsraillə iyul münaqişəsindən sonrakı zaman göstərir ki, "qırmızı xətt" üçün rəşadət və dözümlülük üçün resurslar da lazımdır. Tək İrana deyil, həm də Rusiyaya. İndi bu "nemət"dən nə şimalda - Rusiyada qalıb, nə də cənubda - İranda. Şah və mat!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyul 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri