Icma.az
close
up
RU
Şamaxı sakini 44 günlük müharibə iştirakçısı olan nəvəsinə iş verilməməsindən ŞİKAYƏTÇİDİR

Şamaxı sakini 44 günlük müharibə iştirakçısı olan nəvəsinə iş verilməməsindən ŞİKAYƏTÇİDİR

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şamaxı rayonu, Yenikənd kənd sakini Mustafayev Ağasəf Azad oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 44 günlük müharibə iştirakçısı olan nəvəsi Nihad Mustafayev 5 ildir işsizlikdən əziyyət çəkir:

“Mən, Mustafayev Ağasəf Azad oğlu, yazaraq bildirirəm ki, nəvəm 44 günlük müharibədə Şuşa şəhərinin alınmasına qədər vuruşub və 20 gün itkin düşmüşdür. Nəvəm ölkənin Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədov tərəfindən 4 medalla təltif olunmuşdur.  Hazırda nəvəm 5 ildir işsizdir.

Məşğulluq Agentliyinin cavabı bizi qane etmir. Dəfələrlə getməyimizə və müraciət etməyimizə baxmayaraq, iş vermirlər. Onlar necə dolanmalıdır, nə ilə yaşamalıdır?

Nəvəm ali təhsil almayıb. Müharibə iştirakçısı olub. İmkan etdikcə onun müalicələrini etdiririk. Elə veteranlar var ki, özü də, ailəsi də işlə təmin olunub. Məşğulluq idarəsi mənim nəvəm Mustafayev Nihada Rauf oğluna iş vermir.

Səlahiyyətli qurumlardan xahiş edirəm, mənim nəvəmi işlə təmin etsinlər".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Şamaxı rayon sakini Nihad Mustafayevin müraciəti tərəfimizdən araşdırılıb. Vətəndaş müharibə iştirakçısıdır və məşğulluq sistemində qeydiyyatdadır. 2021-ci ildə avtotəmizləmə xidmətləri zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib. Araşdırma zamanı aktiv əmək müqaviləsinin olduğu aşkarlanıb və "Məşğulluq" haqqında Qanuna əsasən proqrama cəlbi mümkün olmayıb. Daha sonra 2024-cü ildə yeni müraciəti əsasında Nihad Mustafayev işsiz kimi qeydiyyata alınıb və maldarlıq təsərrüfatı zərfi üzrə növbəlilik sisteminə əlavə edilib. Qeyd edək ki, özünüməşğulluq proqramı növbəli qaydada icra olunur. Növbəlilik sisteminə əsasən Nihad Mustafayev proqramın mərhələlərinə cəlb edilərək uyğun olduğu halda aktivlərlə təmin ediləcək. Vətəndaşın özünə də bu barədə məlumat verilib və prosedur izah edilib.

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 May 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri