Satıcı və alıcıları özündən çıxaran məsələ: Ağartı məhsulları niyə bahalaşdı? Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bölgələrdə ağartı məhsullarının qiymətində bahalaşma müşahidə edildiyi haqqında məlumatlar var.
Baku TV-nin əməkdaşı məsələni aydınlaşdırmaq üçün İsmayıllı bazarında olub.
Satıcıların sözlərinə görə, qiymət artımı heyvan yemlərinin baha olması ilə əlaqədardır.
"Heyvan saxlayanların sayı azalıb. Belə olan halda vəziyyət bizim üçün də çətin olur. Məhsulu aşağı qiymətə almaq istəyirik ki, alıcıya ucuz sata bilək. Əvvəllər yağı 10 manata alıb, 12 manata satırdıq, indi isə 16-ya alıb, 18-ə satırıq", - Fatmaxanım Rüstəmova deyib.
Alıcılar da ağartı məhsullarının bahalaşmasından narazılıq bildiriblər.
"Kərə yağı nədir, bilmirəm. Bir manata olan şor indi beş manatdır", - Aybəniz Kamilova söyləyib.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Noyabr 2024 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















