Icma.az
close
up
RU
“SEPAH ın İSRAİLLƏ ANLAŞDIĞI İSTİSNA OLUNMAMALIDIR” “İran “yenidənqurması” korrupsiyalaşmış “inqilab keşikçiləri”nin dəstəyi olmadan mümkün deyil”

“SEPAH ın İSRAİLLƏ ANLAŞDIĞI İSTİSNA OLUNMAMALIDIR” “İran “yenidənqurması” korrupsiyalaşmış “inqilab keşikçiləri”nin dəstəyi olmadan mümkün deyil”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabında İran - israil münaqişəsilə bağlı maraqlı paylaşım edib.

Sabiq nazirin fikrincə, İran İslam Keşikçiləri Korpusunun (SEPAH) son illər həyata keçirdiyi bütün layihələrin uğursuzluğa düçar olması, İranın HƏMAS və Hizbullahın İsraillə qarşıdurmasından ölkə daxilindəki proseslərə qədər bütün cəbhələrdə məğlubiyyətə uğraması təsadüfi ola bilməz. T.Zülfüqarov hesab edir ki, korrupsiyalaşmış SEPAH rəhbərliyinin İsraillə və onun himayədarları ilə anlaşaraq, İranın milli maraqlarını satmasını istisna etmək olmaz. Buna baxmayaraq, SEPAH başçılarının məhv edilməsinə gəlincə, T.Zülfüqarov güman edir ki, qarşı tərəf istədiklərini alandan sonra, SEPAH rəhbərlərini “ovlamağa” başlayıb.

Sabiq nazirin şərhini təqdim edirik: “HƏMAS-ın İsrailə hücumundan və Yaxın Şərq münaqişəsinin hazırkı mərhələsinin başlamasından sonra, bir çoxları kimi, mən də İran İslam Keşikçiləri Korpusu(SEPAH) rəhbərliyi altında həyata keçirilən bütün layihələrin möhtəşəm uğursuzluğuna heyrətlənməkdə davam edirəm...

“Müqavimət oxu”nun məğlubiyyəti, hökumət vertolyotunun qəzası, “Peycer” əməliyyatı, Tehranda HƏMAS Hərəkatı liderinin öldürülməsi, Suriya və Livanda Hizbullahın darmadağın edilməsi və təbii ki, hamıya aydın olan hazırkı “uzaqdan müharibə”nin son mərhələsindəki uğursuzluqlar bir sıra suallar doğurur. Və bu suallar sistemli xarakter daşıyır. Demək olar ki, bütün hərəkətlər və ən əsası, nəticələr SEPAH rəhbərliyinə məşhur zarafatda olduğu kimi bir sual verməyi zəruri edir: "Sən kimin dostusan, mənim, yoxsa ayının?!" Bütün bu uğursuzluqları təkcə bir tərəfin qeyri-peşəkarlığı və ya əksinə, rəqibinin yüksək peşəkarlığı ilə izah etmək mümkün deyil və bu, məntiqə və sağlam düşüncəyə zidd olar...

Əminəm ki, SSRİ-də “yenidənqurma” zamanı əsas “yenidənqurma”nın rəhbərləri KQB və QRU strukturları olduğu kimi, bu gün “İran yenidənqurması” ssenarisi də dərindən korrupsiyalaşmış “inqilab keşikçiləri”nin dəstəyi olmadan mümkün deyil.... Neft ixracı da daxil olmaqla uzun illərdir sanksiyalardan yan keçən fəaliyyətlərin kurasiya edilməsi, bu gün SEPAH rəhbərliyini o vəziyyətə gətirib ki, o öz təhlükəsizliyinə zəmanət və milyonlarla dollarlıq sərvətlərinin qorunub saxlanmasına təminat qarşılığında “tələbə ideallarını” satmağa hazırdır.

Bununla belə, onların “yeni ideallara” xidmət etmək istəyi və onlara verilən mükün vədlər onların özlərinin açıq şəkildə ovlanması və məhvinə transformasiya edildi. Onlara sadəcə, “atdılar”. Çünki gələcək hakimiyyət konfiqurasiyasında onlara yer yoxdur.

İkincisi, ola bilsin ki, əsas səbəb İsrailin öz vətəndaşlarının qətlinə görə məsuliyyət daşıyanları cəzasız qoymaq niyyətində olmamasıdır. Trampın ruhani liderin “ləğv edilməsinə veto qoyması” ilə bağlı açıqlaması isə “kim yaşamalı, kim məhv edilməlidir” üzərindəki alverin davam etdiyini göstərir...

Yeri gəlmişkən, bu gün göz qabağındadır ki, ölkəmizə vaxtilə barmaq silkələyənlər iki əsas vəzifəni icra edirdilər. Bu, İranın təhlükəsizlik sistemini daxildən məhv edənlərdən diqqəti yayındırmaq üçün yalançı hədəfin göstərilməsi idi. İkincisi, şimal sərhədlərində “ikinci cəbhə” açmaq müqabilində onlara “indulgensiya” vəd edənlərin göstərişlərinin nəticəsi idi…

İranın bütün rəqibləri bizi qonşumuza qarşı qoymaqda maraqlı olardı. Bizdə belə bir ssenarinin təhlükəsini çox gözəl anlayırlar. İnanmaq istərdim ki, İran siyasi elitasının ağıllı hissəsi həm daxili, həm də xarici təxribatçılara qarşı hərəkət edəcək”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 İyun 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri