Icma.az
close
up
RU
Sərnişinlər gölməçəyə tilov atıb balıq tutur... Soyun gir suya, üz nə qədər istəyirsən!

Sərnişinlər gölməçəyə tilov atıb balıq tutur... Soyun gir suya, üz nə qədər istəyirsən!

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.

Yağ, yağışım, yağ, sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki, kölgəli bir yar saçısan,
Bağrı yanıq səhraların əlacısan.
Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!

Mikayıl Müşfiq

Yağış yağır. Küçələr su içində. Əcəmi metrosunun ətrafı bir göl. Meylin çəkir tilov at, balıq tut. Maşınlar fısıltı ilə sağa-sola şütüyür və çirkli su şırnağı fəvvarə effektiylə ətrafa yayılır.

Ey yoldan ötən bəni-insan övladı, soyuqdan və rütubətdən büzüşüb cücəyə dönmüş piyada, sən diqqətli olmalısan! Sənin paltarın, şalvarın, plaşın, hətta alt paltarın bir anın içərisində lehməyə, lilli-gilli suya, palçığa, lıqqaya bata bilər.

Bax, mən də sənin kimi qəfləti yağışa düşmüşəm, narın damlalar altında cumculuq islanmışam. Birdən qarşıda bomboz səmanın və üşüdücü küləyin yırğaladığı ağaclar fonunda köhnə və xırıltılı avtobus görünür. O, nəhəng buzqıran gəmi kimi bulanıq suyu yara-yara düz üstümə gəlir. Ətrafa su şırnağı yağdırır.

İslanmamaq üçün üçün cəld kənara çəkilib taxta hasarın arxasında daldalanıram. Qarşıdakı səkidə gənc oğlan və qız dayanıb. Onların gizlənəcək yeri yoxdur. Avtobus isə lap yaxındadır, sürətlə gəlir. Heç dayanmaq, durmaq fikrində də deyil.

Vəziyyətdən çıxış yolu tapmayan oğlan qəribə varianta əl atır. Fürsət düşmüşkən qızı qucaqlayır, həm də onu gövdəsiylə fədakarca qoruyur. Təkərlərin altından sıçrayan bulanıq maye oğlanı soyuq, buz kimi duşa qonaq edir.

***

Fəsil girər-girməz intensiv başlayan yağışlar havaya nəm torpaq ətri əlavə etsə də, bəzi görünməyən məsələləri də yuyub lüt-üryan aşkara çıxarır. Şair demiş, göydə iki qara buludun toqquşub ildırımları şaqqıldatması, səmadan yağış ələməsi küçələri, həyət-bacaları və tunelləri sel-suyla doldurur. Yəqindir ki, azacıq da belə davam etsə, Xəzər hövzəsi Atlantik okeanı ilə birləşərək bizim Avropayla su yoluyla inteqrasiyamıza şərait yatadacaq.

Əvvəllər bu cür gur axınları, küçələri basan yağışı, qurşağadək suyun içinə girib dükan-bazara gedən şəhər sakinini biz yalnız sənədli filmlərdə, kinolarda, xəbər və informasiya buraxılışlarında təəccübdən donmuş, heyrətdən ağzı açıla qalmış şəkildə müşahidə edirdik. Hal-hazırda isə bu hadisələr Bakının yaz-payız-qış həyatının gündəlik normasıdır.

İndi qosqoca şəhər Yanszı-Xuanxe, Missisipi çayı hövzələrində yerləşən selbasar şəhərlərə bənzəyir. Əgər təvazökarlığın uzaq sahillərindən boylanaraq hadisələrə fərqli rakursdan baxsaq, yağış və selin şəhər təsərrüfatındakı bəzi problemləri aşkara şıxarmasında müsbət məqamlar da tapa bilərik.

Axı bəzəkli idman komplekslərinə, örtülü su hovuzlarına, geniş və işıqlı idman basseynlərinə girişin, aylıq abunənin nə qədər baha olduğunu yaxşı bilirik!? Etiraf etməliyik ki, küçələrimizin, tin və dalanlarımızın iti axan dağ çayına, həyət-bacalarımızın göl və nohur hövzəsinə çevirilməsi hamımızda üzgüçülüyə kütləvi maraq yaradacaq. Özü də pulsuz-parasız. Havayı məşğuliyyət. Soyun gir suya, üz də, nə qədər istəyirsən…!?

Düzdür, burada “Havayı pendir yalnız tələdə olur” ingilis atalar sözü yada düşsə də, digər tərəfdən, baş vermiş təbii hadisənin vindserfinq, dayvinq, raftinq kimi ekstremal idman növlərinin inkişafına təkan verəcəyini də qeyd etməliyik. Bundan başqa, turist və valyuta axını, beynəlxalq miqyasda ajiotaj, reklam-biznes işləri də öz yerində. Yağışların intensivliyi əgər gələcəkdə də bu qaydada davam edəcəksə küçə, tunel və prospektllərdə balıqların (osetrin, kütüm. beluqa) və digər ekzotik su heyvanlarının yaranması da mümkündür.

Təsəvvür edin, su gəlir, küçələr dolur, avtobus məcburi şəkildə dayanır, tıxacdır. Sərnişinlər isə darıxmasın deyə gölməçələrə tilov atıb balıq tuturlar. Yaxud da, qayığa minib Badamdardan Əhmədliyə avar çəkə-çəkə üzüb gedirlər. Kəsə yolla. Həm ətrafı canlı şəkildə seyr edirsən, həm təmiz hava udursan, həm də mənzil başına vaxtında çatırsan.

***
Yadınızdadırsa, bir neçə il əvvəl Parisdə də güclü leysanlar Sena çayını daşırmışdı. Kanalizasiya xətləri suyla dolmuş, yollar keçilməz olmuşdu. Özü də o kanalizasiya xətləri ki, onların unikal dolanbacları, qeyri-adi labirintləri, mükəmməlliyi barədə Viktor Hüqonun məşhur "Səfillər”ində söhbət açılır.

Gördüyünüz kimi inqilablar beşiyi, sivilizasiyanın mərkəzi, yüksək dəb, moda, müasirlik aləmi, əsrarəngiz parfümlər, şampan və şərablar diyarı, sevgi şəhəri belə adicə yağışın, daşan çayın əlində aciz qala bilir. Onda qalmış biz olaq.

Beləliklə, su aydınlıqdır və təbiət hadisələri həmişə bir hüzur gətirir, özünəməxsus romantika yaradır. Belə məqamlarda insanı fəlsəfi düşüncələrə dalır.
Yağış xeyirə yozulur həmişə. Yoxsa ki, xeyli müddətdir, tozun-torpağın, gilin içində batıb qalmışdıq. Yağış yağdı və küçələr təmizləndi, binalar, ağaclar yuyunub təravətləndi.
Biz isə bir növ, aydınlığa çıxdıq.

"Məni qısqananlar var, o şəkli silə bilərsən?" - "Park"ın təqdimatından reportaj Valeh Məhərrəmli vəfat etdi Sizi unutmayacaq şanlı millətim əsla - Ən məşhur soyqırımı şeiri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Aprel 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri