Icma.az
close
up
RU
“Sevgililər Günü” qızıl zinət bazarına necə təsir edib? AÇIQLAMA

“Sevgililər Günü” qızıl zinət bazarına necə təsir edib? AÇIQLAMA

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Qiymətli metallar və qiymətli daşlar bazarında mövcud qiymət və tələbat şəraitinin formalaşmasına bir sıra əsas amillər təsir göstərir.İ

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.

O bildirib ki, ilk növbədə, qlobal əmtəə bazarında qızılın qiymət dinamikası daxili bazara birbaşa ötürülür.

"Qızıl beynəlxalq maliyyə bazarlarında risklərə həssas aktiv kimi qiymətləndirildiyindən, dünya iqtisadiyyatında qeyri-müəyyənlik, aparıcı valyutaların məzənnəsindəki dəyişikliklər, faiz dərəcələri və investor gözləntiləri qiymətlərdə dalğalanmalar yaradır. Sözügedən dalğalanmalar yerli bazarda xammalın dəyərinə, nəticə etibarilə isə zinət məmulatlarının maya dəyərinə və pərakəndə satış qiymətlərinə təsir edir. Bununla yanaşı, daxili bazarda valyuta məzənnəsi, idxal və təchizat zəncirinin şərtləri qiymətlərin formalaşması və nisbi sabitliyinin təmin olunmasında mühüm rol oynayır".

R. Əmircanov qeyd edib ki, mövcud müşahidələr göstərir ki, bazarda tələbat yüksək səviyyədə deyil və alıcı davranışı əsasən qiymət həssaslığı fonunda formalaşır.

"Alıcılar ağır çəkili və daha yüksək büdcə tələb edən modellərdən çox, gündəlik istifadə üçün münasib, daha əlçatan məmulatlara üstünlük verirlər. Xüsusilə 585 və 750 əyarlı məhsullar, klassik dizaynda üzük, sırğa, bilərzik və boyunbağı kimi məmulatlar daha çox seçilir. Eyni zamanda, hədiyyə məqsədli alışlarda qiymətli və yarımqiymətli daşlı məmulatlara maraq da müşahidə olunur. Seçim meyarlarında yalnız qram çəkisi deyil, dizayn və vizual təqdimat da prioritet təşkil edir; nəticədə alıcılar daha yüngül çəkili, lakin estetik görünüşü və vizual həcmi ilə seçilən modellərə üstünlük verirlər".

İqtisadçı vurğulayıb ki, "Sevgililər Günü" ilə bağlı olaraq bazarda son günlər nəzərəçarpan canlanma müşahidə olunur.

"Ölkəmizdə bu gün rəsmi qeyd edilməsə də, istehlak davranışına təsir edən tarixlər sırasında yer aldığı üçün hədiyyə məqsədli alışların artması təbii hesab olunur. Bununla belə, mövcud artım kütləvi xarakter daşımır və əsasən orta və kiçik büdcəli seçimlər hesabına formalaşır. Nəticə etibarilə, bu kimi xüsusi tarixlər qızıl-zinət bazarında satış dinamikasına qısamüddətli impuls verə bilər. Lakin bu təsir, əsasən, hədiyyə yönümlü alışlarla məhdudlaşır və bazarın ümumi qiymət və tələbat mənzərəsini köklü şəkildə dəyişən amil kimi dəyərləndirilmir. Ümumilikdə isə bazarda vəziyyətin müəyyənləşməsində qlobal qızıl qiymətləri, valyuta məzənnəsi, təchizat zəncirinin şərtləri və alıcıların qiymətə həssaslığı həlledici faktorlar olaraq qalır", - deyə o qeyd edib.

Ayxan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Fevral 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri