Seyşel Adalarının Prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Icma.az bildirir, Milli.az portalına istinadən.
Seyşel Adaları Respublikasının Prezidenti Vavel Ramkalavan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Milli.Az bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzaya uğraması və bu hadisə zamanı 38 nəfərin həlak olması, çoxlu sayda insanın yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.
Seyşel Adaları Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan xalqına, o cümlədən faciə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm, bu kədərli günlərdə həmrəyliyimi bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 10 Yanvar 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















