Icma.az
close
up
RU
Şeyxülislam ABŞ ın The Desert NEWS qəzetinə müsahibə verib

Şeyxülislam ABŞ ın The Desert NEWS qəzetinə müsahibə verib

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ səfəri zamanı İsa Məsinin Sonuncu gün müqəddəsləri kilsəsinin mətbu orqanı “THE DESERET NEWS” qəzetinə müsahibə verib.

Müsahibəni aşağıda təqdim edirik.

Müsəlman lider: dinimizin İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi ilə bir çox ortaq cəhətləri var.

Şeyxülislam Allahşükür Paşazadə ümumi konfransda iştirakından əvvəl prezident Dallin H.Oaks ilə görüşüb.

ƏSAS MƏQAMLAR

Şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin Son Zamanlar Kilsəsinin baş konfransında iştirak etmək üçün Yuta ştatına səfər edib.

Paşazadə İsa Məsih Kilsəsinin 2024-cü ildə Azərbaycanda qeydiyyata alınmasını dəstəkləyib.

Nümayəndə heyətinin üzvləri Solt Leyk Sitidə qarşılaşdıqları səmimi qonaqpərvərliyə görə minnətdarlıq bildirdilər.

Bazar günü Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, İsa Məsihin Son Zamanlar Kilsəsinin baş konfransına – “bu nəhəng dəvət edilib toplantıya İslami libasla daxil olmaq” böyük şərəfdir. “Mən bunu ölkəmə, xalqıma, dinimizə hörmət əlaməti hesab edirəm”.

Paşazadə Azərbaycan Respublikasının tanınmış müsəlman lideridir və bazar günü Solt Leyk Sitidə keçirilən qlobal inanc konfransında iştirak etdikdən sonra tərcüməçi vasitəsilə Deseret News-a müsahibə verib.

O, Qafqaz Müsəlmanları İdarəsinin sədri və Qazılar Şurasının sədri kimi İslamın bütün ənənəvi məzhəblərinin vəhdətinin dəstəklənməsi üçün çalışır. O, şiə və sünni müsəlmanları bir araya gələrək eyni məsciddə birlikdə namaz qılmağa təşviq edir və bütün dünyada sülhü təşviq etmək üçün çalışır.

Zati-həzrətləri tarix elmləri doktoru, ilahiyyat professorudur və Azərbaycanda ilk islamşünaslıq tarixçisi kimi tanınır.

O, ailəsi ilə bərabər, eləcə də ölkəsinin digər nümayəndələri: Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Paşazadə və Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla birlikdə Solt Leyk Sitiyə səfər edib.

Zati-həzrətləri Şeyxülislam Allahşükür Paşazadə Solt Leyk Siti səfərindən diqqət çəkən məqamları bizimlə bölüşüb.

Şeyxülislam Allahşükür Paşazadə 5 oktyabr 2025-ci il, bazar günü Solt Leyk Sitidəki Konfrans Mərkəzində İsa Məsihin Son Zamanlar Kilsəsinin 195-ci Yarımillik Baş Konfransında iştirak etdikdən sonra müsahibə verib.

Solt Leyk Siti səfərinin bir hissəsi olaraq, o, cümə axşamı On iki Həvarilər Kvorumunun rəhbəri, Prezident Dallin H. Oaks ilə, həmçinin Yuta Senatının sədri Stuart Adams da daxil olmaqla, Yuta ştatının digər nümayəndələri ilə görüşüb.

Şeyxülislam deyib: “Prezident Oaks tərəfindən qəbul olunmaq və prezident Nelsonun vəfatı ilə bağlı başsağlığı vermək kimi nadir fürsətə sahib olmaq bizim üçün böyük şərəf idi”.

Nümayəndə heyətinin səfəri onun bütün dünyada dinlərarası və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi yönündə səylərinə uyğundur. “Bu qədər məsafəni qət edərək bura gəlməyimizin əsas məqsədi yaxşı əməkdaşlıq əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirmək, yaxşılaşdırmaqdır”.

O, həmçinin ümumi konfransın sessiyasında iştirakı barədə danışdı.

Şeyxülislam Allahşükür Paşazadə 5 oktyabr 2025-ci il, bazar günü Solt Leyk Sitidəki Konfrans Mərkəzində İsa Məsihin Son Zamanlar Kilsəsinin 195-ci Yarımillik Baş Konfransında iştirak edib. “Mən hələ də Prezident Oaks, Ağsaqqal (David A.) Bednar və başqalarının çox mənalı çıxışları nın təsiri altındayam. Bu, məni həmişəkindən daha çox inandırdı ki, İsa Məsihin Kilsəsi ilə müsəlmanlar arasında çoxlu ümumi düşüncələr, yanaşmalar, ideyalar və prinsiplər var”.

Bu, Zati-Həzrətlərinin Solt Leyk Sitiyə ilk səfəri deyil. O, 2023-cü ildə ilk dəfə bura qış fəslində gəlib və həmin vaxt qarın yağdığını, bundan həzz aldığını xatırlayıb. “Hələ də məmnuniyyətlə yada salıram, çünki bu, əla idi”. “Yutada payız da çox gözəl bir fəsildir, lakin qarın şahidi olmaq mənim üçün fərqli idi, ona görə də ümid edirəm ki, qışda yenidən buralara gələcəm.”

Azərbaycan nümayəndə heyəti Yutada necə xoş qarşılandıqlarını xüsusilə qeyd ediblər. Cavanşir Paşazadə Yuta ştatını çox bəyəndiyini, Solt Leyk Siti şəhərinin nə qədər gözəl olduğunu deyib, insanların nə qədər xeyirxah və gülərüz olduqlarını, qonaqpərvərliyin necə geniş ürəkli olduğunu vurğulayıb. “Konfrans bitdikdən sonra çıxışa doğru cərgələrin arasından keçirdik və o an mən gördüm ki, hər iki tərəfdə dayanmış insanlar bizə baxır, üzləri gülür, önümüzdə irəliləyən Şeyx Həzrətlərinin müsəlman olduğu başındakı əmmaməsindən onlara məlum idi və bunu bilərək bizə müsbət münasibətləri çox diqqətəlayiq idi”.

Millət vəkili ümumi konfransın “görkəmli” olduğunu da bildirib. “Heç kim o insanları məcbur etməyib ki, gəlsinlər, iştirak etsinlər, dinləsinlər – onlar öz ürəklərinin çağırışı ilə gəliblər”.

Rəvan Həsənov da əvvəllər də Yutaya səfər edib və kilsə rəhbərləri ilə görüşüb. O, danışarkən “burada yaşayan dostlarıma, Ağsaqqal (Cek N.) Cerard, Ağsaqqal Bednar və başqalarına təşəkkür edirəm”, dedi.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Oktyabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri