Siçovulların işğalı və zibil kollapsı: Böyük Britaniyada şəhər sakinləri qorxu içindədirlər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniyanın ikinci ən böyük şəhərinin sakinləri özlərini görünməmiş ekoloji fəlakətin girovuna çeviriblər. Ev pişikləri boyda siçovullar uzun sürən kommunal tətil səbəbindən yığılıb qalmış üfunət qoxuyan zibil tayaları Birmingem sakinlərinin kədərli gündəlik reallığına çevrilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Independent" məlumat verib.
Qeyd olunub ki, vəziyyət kritik həddə çatıb. Sakinlər evlərinin yaxınlığında yığılan zibilləri çıxarmaq üçün özəl şirkətlərə müraciət etmək üçün öz ciblərindən xeyli pul xərcləməyə məcbur olurlar.
"Sakinlər indi evdən çıxarkən qarşılarında bəzən hündürlüyü 5 futdan (1.5 metr) hündür olan üfunətli zibil tayalarını görməyə vərdiş ediblər", - deyə məqalədə bildirilib.
Problemin miqyasını təsəvvür etmək belə çətindir: Birmingemdə təxminən 17 min ton məişət tullantıları yığılıb. Kommunal şirkətlərin əməkdaşlarının bir neçə həftə davam edən tətili şəhər küçələrini zibilliklərə çevirməklə yanaşı, yerli sakinlərin dediyinə görə, qorxunc ölçüyə çatan gəmiricilərin çoxalması üçün ideal şərait yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 Aprel 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















