Siyarto: Avropada təhlükəsizlik sistemi Rusiya və Türkiyəsiz mümkün olmayacaq
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Avropada təhlükəsizlik sisteminin formalaşması yalnız Rusiya və Türkiyənin iştirakı ilə mümkündür.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto türkiyəli həmkarı Hakan Fidan ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Macarıstanın bu məsələdə mövqeyi aydındır.
"Avropada sülh şəraitində yaşama imkanı təmin edəcək təhlükəsizlik arxitekturası yalnız Rusiya və Türkiyə daxil edildikdə müzakirə edilməlidir", - Siyarto qeyd edib.
XİN rəhbərinin sözlərinə görə, Avropada əks-mövqe tutan ideoloji fanatiklər var, amma onlar reallığı zəif başa düşürlər.
Siyarto əlavə edib ki, Avropada təhlükəsizlik sisteminin yenilənməsində bütün qitə ölkələri iştirak etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Mart 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















