Şokolad kistinin müalicəsində yeni üsul tətbiq olunur
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şokolad kistinin (endometrioma) müalicəsində cərrahi əməliyyata alternativ hesab olunan etanol skleroterapiyası üsulu son illərdə Türkiyədə də uğurla tətbiq edilməyə başlanıb.
Sherg.az xəbər verir ki, bu barədə Qadın Xəstəlikləri və Doğum üzrə mütəxəssis, dosent Fırat Tülek məlumat verib.
Onun sözlərinə görə, ultrasəs nəzarəti altında kistin daxilindəki maye boşaldılır, daha sonra isə xüsusi nisbətdə etil spirti tətbiq edilərək kistin kiçilməsi və zamanla yox olması hədəflənir. Bu minimal invaziv üsul yumurtalıq toxumasını qorumağa, xəstənin həmin gün evə buraxılmasına və hamiləlik şansının artırılmasına imkan yaradır.
Mütəxəssis bildirib ki, klassik cərrahi müdaxilə zamanı sağlam yumurtalıq toxuması zədələnə bilər ki, bu da xüsusilə ana olmaq istəyən qadınlarda yumurtalıq ehtiyatının azalmasına səbəb olur. Yeni üsul isə düzgün seçilmiş pasiyentlər üçün əməliyyatsız alternativ kimi qiymətləndirilir.
Fırat Tülek əlavə edib ki, aparılan araşdırmalar etanol skleroterapiyasından sonra kistin yenidən yaranma riskinin təxminən 20 faiz olduğunu və bu göstəricinin cərrahi müalicə ilə oxşar səviyyədə olduğunu göstərir.
Bununla yanaşı, üsul xərçəng şübhəsi olan kistlərdə, aktiv infeksiyası olan xəstələrdə və geniş yayılmış endometrioz səbəbindən cərrahi müdaxilə tələb olunan hallarda tətbiq edilmir. Buna görə də müalicə üsulu hər bir pasiyent üçün fərdi qiymətləndirmədən sonra seçilməlidir.
Baxış sayı:133
Bu xəbər 16 İyul 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















