Sola keçmək istəyən sürücü yol boyu dirəşdi, sonda isə qəza törətdi 77 HS 558 VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qayda pozan sürücü qəzaya səbəb olub.
Zərərçəkmiş sürücü bu barədə Avtosfer.az müraciət edərək video göndərib. Hadisə sentyabrın 13-də saat 15:10 radələrində Gənclik prospektində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 77-HS-558 dövlət nömrə nişanlı “Nissan Patrol” markalı avtomobilin sürücüsü dəfələrlə manevr qaydasını pozub. Belə ki, sola keçmək istəyən sürücü həmin zolaqdakı maşını sıxışdırıb. Görüntünü qeydə alan sürücü onun zolağa keçməsinə şərait yaratmasa da, qayda pozan şəxs bir neçə dəfə cəhd edib. Hətta o, sonda anidən manevr edərək avtomobilə maddi ziyan vurub.
Şikayətçi ünvana çatdıqda maşının sağ tərəfində əzilmə və cızıqlar aşkar edib. Hadisədən sonra o, ərazi üzrə aidiyyəti orqana müraciət edib. Faktla bağlı araşdırma aparılır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















