Icma.az
close
up
RU
Soyuq havalarda bunları yeyin Dietoloq: Həm tox qalacaqsız, həm də çəkiniz artmayacaq

Soyuq havalarda bunları yeyin Dietoloq: Həm tox qalacaqsız, həm də çəkiniz artmayacaq

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Souyq havalarda, qış aylarında orqanizm daha çox enerji və istilik tələb edir. Bu dövrdə əksər insanlar isti, doyurucu və rahatlıq verən yeməklərə, xüsusilə də xəmir əsaslı qidalara (çörək, makaron, plov, un məmulatları və s.) üstünlük verirlər. Lakin bu cür qidalanma həm maddələr mübadiləsini ləngidir, həm də artıq çəkiyə səbəb olur. Xəmir yeməkləri, yəni çörək, lavaş, makaron, pirojki və s. – qanda şəkərin səviyyəsini sürətlə yüksəldir. Bu yüksəliş isə qısa müddətdə insulinin artmasına, daha sonra isə ani aclıq və yorğunluq hissinə gətirib çıxarır. Nəticədə insan daha çox yemək istəyir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında dietoloq Azaya Musayeva havalar soyuduqca xəmir yeməklərinə artan tələbatdan danışarkən bildirdi.

Onun sözlərinə görə, ağ undan hazırlanmış məhsullar bağırsaq mikroflorasına zərər verir, bədəndə suyun toplanmasına və şişkinliyə səbəb olur:

"Uzunmüddətli istifadəsi isə xüsusilə qarın nahiyəsində piylənməni sürətləndirir. Xəmir yeməkləri beyində “xoşbəxtlik hormonu” kimi tanınan dofaminin ifrazını müvəqqəti artıraraq rahatlıq və məmnunluq hissi yaradır. Amma bu təsir yalnız bir neçə saat davam edir və sonra aclıq yenidən başlayır. Beləcə, beyin xoşbəxtliyi qidadan almağa öyrəşir və bu, emosional yeməyə səbəb olur".

Dietoloq qeyd etdi ki, sağlam qidalanmanı təmin etmək üçün xəmir yeməklərinin əvəzinə alternativ seçimlər etmək mümkündür:

"Məsələn, balqabaq, brokoli, kələm və kökdən hazırlanan tərəvəzli şorbalar və pürelər orqanizmi həm isidir, həm də liflə zəngin olduqları üçün toxluq hissini artırır. Ağ çörək və makaron əvəzinə qarabaşaq, kinoa, qəhvəyi düyü və yulaf kimi dənli bitkilər seçildikdə qan şəkəri daha stabil qalır və toxluq hissi uzanır. Bununla yanaşı, balıq, toyuq filesi, yumurta və paxlalılar kimi zülal mənbələri həm immuniteti gücləndirir, həm də uzun müddət tox saxlayır. Qışda isti salatlar və sobada bişmiş tərəvəzlər, məsələn, soğan, kabak, çuğundur, kələm, kök və göbələk həm dadlı, həm də kalori baxımından daha yüngül alternativlərdir. Zəncəfil, itburnu, darçın, zerdeçal və mixək kimi ədviyyatlar və bitki çayları isə bədəni isidir və maddələr mübadiləsini sürətləndirir. Unutmayın ki, qış aylarında məqsəd yalnız "doymaq" deyil, eyni zamanda orqanizmi bərpa etmək və enerjili saxlamaqdır. Əgər boşqabınızın yarısını tərəvəz, üçdə birini zülal, qalan hissəsini isə kompleks karbohidratlar təşkil edirsə, həm tox qalmaq, həm də çəki artımının qarşısını almaq mümkündür. Düzgün seçilmiş qida təkcə bədəni formada saxlamır, həm də sizi enerjili, sakit və balanslı qalmağa kömək edir", - deyə Azaya Musayeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri